Yaponiya hökuməti İsrailin öz dövlətini müdafiə etmək hüququna malik olduğu mövqeyinə sadiq qalmaqda davam edir.

Tezadlar.az xarici işlər naziri Yoko Kamikavanın bəyanatına istinadən xəbər verir.

Onun sözlərinə görə, Tokio israr edir ki, bütün tədbirlər beynəlxalq və ilk növbədə humanitar hüquq çərçivəsində həyata keçirilməlidir.

“Eyni zamanda, biz hesab edirik ki, bütün tədbirlər beynəlxalq hüquq çərçivəsində həyata keçirilməlidir. Və istənilən şəraitdə humanitar hüququn əsas prinsiplərinə hörmət edilməlidir”, - diplomat bildirib.

Xarici siyasət idarəsinin rəhbəri İsrailin Qəzza şəhərinin qərbindəki Əl-Rəşid küçəsinə endirdiyi zərbə ilə bağlı məlumatı birbaşa şərh etməyib. Bu, humanitar yardımın paylanması zamanı baş verib. Kamikava qeyd edib ki, “hazırda vəziyyətin tam qiymətləndirilməsi çətindir, ona görə də bütövlükdə “İsrailin hərəkətlərinə hüquqi qiymət vermək düzgün olmaz”.

Qeyd edək ki, fevralın 29-da İsrail aclıqdan əziyyət çəkən yüzlərlə fələstinlinin humanitar yardım almaq üçün toplaşdığı Qəzza şəhərinin qərbindəki Ər-Rəşid küçəsini vurub. Anklavın Səhiyyə Nazirliyi ən azı 112 nəfərin öldüyünü, 760 nəfərin yaralandığını bildirib.

​​​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN