Ukraynanın şimal-şərqindəki Poltava vilayətində gecə saatlarında 3,6 bal gücündə zəlzələ baş verib.
Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna Xüsusi Nəzarət Baş Mərkəzi məlumat yayıb.
“Zəlzələnin episentri Poltavadan qərbdə, Poltava vilayətinin Reşetilovski rayonunda, 10 km dərinlikdə yerləşib”, - deyə idarənin saytında bildirilir.
Zəlzələnin Bakı vaxtı ilə saat 04:22 radələrində baş verdiyi bildirilir.
Kiçik zəlzələlər vaxtaşırı Ukraynada, lakin daha çox ölkənin qərbində baş verir. Poltava vilayətində sonuncu zəlzələ ötən ilin iyulunda qeydə alınıb, onun maqnitudası 2,6 olub.
E.ŞİRİNOV