Polşadan olan fermerlər Ukrayna taxılının idxalını dayandırmaq üçün Litva sərhədinin blokadaya alındığını elan ediblər.

Tezadlar.az bildirir ki, bu barədə fermerlərin etiraz aksiyasının koordinatoru Karol Piçinski məlumat verib.

“Biz taxıl karuseli dediyimiz bir fenomeni blokadaya alırıq. Ukrayna taxılı ölkəmizdən tranzitlə Lyublin və ya Subkarpat voyevodalığına daxil olur. Embarqoya baxmayaraq, buna icazə verilir. Daha sonra avtomobil Litvaya yollanır. Polşa xidmətləri Litva ilə sərhədi keçdikdən sonra bu nəqliyyatı izləməyi dayandırır. Sonra taxıl olan maşın sərhədə qayıdır və sənədlərini dəyişir. Yük Avropa İttifaqının məhsuluna çevrilir və ölkəyə sərbəst daxil olur”, - Karol Piçinski Polşanın “Balystok” radiosunda deyib.

O qeyd edib ki, fermerlər bütün taxıl daşımalarını əngəlləmək niyyətindədirlər.

Fermerlər etirazın bir həftəyə qədər uzadılmasını gözləyirlər. Qeyd olunur ki, blokada xüsusi olaraq ağır yük maşınları üçün nəzərdə tutulub. Sərnişin avtomobilləri sərhədi keçərək Litvaya gedə bilər.

Polşanın hazırkı baş naziri Donald Tusk etiraf edir ki, hazırda taxıl və Ukrayna ilə bağlı vəziyyət kritikdir. O, məsələnin elə həllini gözləyir ki, həm Polşanın, həm də Ukraynanın maraqlarına hörmət edilsin. Polşa-Ukrayna münasibətləri hələ 2023-cü ildə Ukrayna taxılına qoyulan embarqoya görə mürəkkəbləşib. Varşava üçün problem ondan ibarətdir ki, Ukrayna taxılının ixracı səbəbindən ölkənin daxili aqrar-sənaye iqtisadiyyatı əziyyət çəkir.

​​​​​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN