booked.netbooked.net booked.net  

"Ucar Elektirik Şəbəkəsinin rəhbərliyi işinin öhdəsindən gələ bilmir"

Ucar rayonunun Alpout kənd sakini Abbasova Mehriban İnqilab qızı şikayət ərizəsi ilə redaksiyamıza müraciət edib.

Şikayətçi yazır ki, 3 sentyabr 2021-ci il tarixdə təxminən saat 16:00 radələrində 1 mərtəbəli, 3 otaqdan ibarət, ümumi sahəsi 210 kvadrat metr olan evləri içərisindəki əşyalarla birlikdə tamamilə yanaraq külə dönüb.

Bildirilir ki, yanğına səbəb Ucar Elektrik Şəbəkəsinin və Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə Xidmətinin Ucar rayon şöbəsinin yarıtmaz fəaliyyətidir: "Belə ki, evimin yaxınlığında taxtadan olan elektrik dirəklərindəki naqillərin yararsızlığından ilk olaraq çəpər yanmağa başladı. Tez zəng edib Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Ucar rayon şöbəsinə məlumat verdik. Hadisə yerinə gələn FHN-nin Yanğından Mühafizə Xidmətinin Ucar rayon şöbəsi yanğını söndürüb getdilər. Yanğın tam söndürülmədiyi üçün və ətrafa diqqət yetirilmədiyindən yenidən alışma baş verdi, nəticədə, ev yanaraq külə döndü. Qeyd etdiyim kimi, Ucar Elektirik Şəbəkəsi və Yanğından Mühafizə Xidmətinin səhlənkarlığı, yarıtmaz fəaliyyəti və taxta elektrik dirəklərindəki yararsız naqillərin ətrafa od saçması nəticəsində hadisə baş verdi. Hansı ki, biz bu barədə dəfələrlə Ucar Elektrik Şəbəkəsinə məlumat vermişdik, ancaq heç bir tədbir görmədilər. Halbuki həmin taxtadan olan elektrik dirəkləri və naqillər təcili dəyişdirilməli idi.

Yanğından Mühafizə Xidməti isə yarım maşın su ilə hadisə yerinə gəlmişdi. Onlar ilk dəfə çəpər yananda gəlib orada dəqiq iş görsəydilər, bir neçə saatdan sonra evimiz yanmazdı.

İlin-günün bu çətin vaxtında ailəmiz iki qurumun qanunsuzluğu ucbatından evsiz qalıb. Buna hər iki qurum məsuliyyət daşıyır. Ucar Elektirik Şəbəkəsinin rəhbərliyi işinin öhdəsindən gələ bilmir.

Mətbuat vasitəsilə "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov və fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan xahiş edirəm, bu məsələni araşdırıb işinə məsuliyyətsiz yanaşanların barəsində müvafiq tədbir görsünlər".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN