booked.netbooked.net booked.net  

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən prezident seçkilərində səs verib.

Tezadlar.az bu barədə TASS-a istinadən xəbər verir.

Rusiya diplomatik xidmətinin rəhbəri ənənəyə uyğun olaraq Malı Kislovski zolağında 1520 saylı məktəbdə yerləşən 73 saylı seçki məntəqəsində səs verib. O, seçki məntəqəsinə gələn seçiciləri və seçki komissiyasının üzvlərini salamlayıb, sonra bülleteni qutuya atıb.

Xəbər verdiyimiz kimi, Rusiyada prezident seçkiləri martın 15-dən 17-dək keçiriləcək. İlk dəfədir ki, seçki üç gün ərzində keçirilir və ölkə regionlarının təxminən üçdə birində mövcud olan məsafədən elektron səsvermədən istifadə edilir.

Xatırladaq ki, dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparır: Vladimir Putin, Vladislav Davankov, Leonid Slutski və Nikolay Xaritonov.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN