booked.netbooked.net booked.net  

ABŞ Konqresini Kiyevə yardımı təsdiqləməyə məcbur etmək istənilən ABŞ prezidentinin Ukraynada uğurlu vəziyyətlə 2025-ci ilin yanvarında vəzifəyə başlaması üçün ən yaxşı həll yolu olacaq.

“The Washington Post” (WP) xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bu tövsiyəni Respublikaçıların prezident seçkilərində namizədi Donald Trampa verib.

“Düşünürəm ki, Ukraynanı dəstəkləməkdən imtina onun mövqeyinin zəifləməsinə gətirib çıxaracaq və bu ilin sonunda kim prezident olacaqsa, belə bir vəziyyətə düşmək istəməz”, - deyə diplomat vurğulayıb.

Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Trampla söhbətində o, keçmiş prezidentə deyib ki, bu ilin sonunda Ukraynanın güclü mövqedə olması hamının maraqlarına cavab verir.

Xatırladaq ki, bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson Böyük Britaniyanın xarici işlər naziri ilə görüşdən imtina edib. Kemeronun Ukraynaya maliyyə ayrılması ilə bağlı qanun layihəsini səsverməyə çıxara bilən konqresmenlə görüşünə icazə verilməyib.

E.ŞİRİNOV

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN