booked.net booked.net  

Prezident Co Baydenin administrasiyasındakı ABŞ Ticarət Departamenti artıq Donald Trampın dövründə olduğundan daha çox Çin şirkətlərini qara siyahıya salıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunur ki, Baydenin dövründə hazırda Çindən olan 319 şirkət qara siyahıya salınıb. Trampın dövründə ABŞ Ticarət Nazirliyi yalnız 306 Çin şirkətini qara siyahıya salıb.

Bundan əvvəl Çinin Tayvana silah satdığına görə iki Amerika şirkətinə qarşı əks tədbirlər gördüyü bildirilirdi. Söhbət General Atomics Aeronautical Systems və General Dynamics Land Systems-dən gedir. Onların Tayvana silah satışı ilə məşğul olduqları vurğulanır.

Qeyd olunur ki, söhbət Çindəki şirkətlərin hər hansı əmlakının dondurulmasından, həmçinin bu şirkətlərin yüksək rəhbərliyinə viza verilməsinə və ölkəyə səfərinə qadağa qoyulmasından gedir. Qərar bu gündən, aprelin 11-dən qüvvəyə minir.

Bundan əvvəl Çin prezidenti Si Cinpin bildirmişdi ki, dünyada Tayvan və Çini parçalaya biləcək güc yoxdur. O, Pekində Tayvan administrasiyasının keçmiş rəhbəri Ma Ying-jeou ilə görüşü zamanı fikirlərini bölüşüb. Bundan əvvəl Si Cinpinq ABŞ prezidenti Co Baydenlə telefon danışığı zamanı Tayvan məsələsinin iki ölkə arasında münasibətlərdə “qırmızı xətt” olduğunu demişdi.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN