booked.netbooked.net booked.net  

İsrail ordusu Qəzza zolağında məktəbdə bir neçə partlayıcı qurğu olduğunu bildirib. Hərbçilərin sözlərinə görə, minaları HƏMAS hərəkatı yerləşdirib.

Tezadlar.az bu barədə TASS-a istinadən xəbər verir.

“Əməliyyat çərçivəsində Nahal Briqadası HƏMAS və İslami Cihad terror təşkilatlarının istifadə etdiyi bir neçə binaya hədəfli basqınlar həyata keçirib”, - məlumatda deyilir.

Qeyd olunur ki, İsrail hərbçiləri sinif otaqlarında və məktəb həyətində olan partlayıcı qurğuları zərərsizləşdirə bilib. Oktyabrın 7-də Qəzza zolağından minlərlə HƏMAS yaraqlısının İsrail ərazisinə sızmasından sonra Yaxın Şərqdə vəziyyət pisləşib. İki yüzdən çox girov əsir götürülüb.

Bu gün HƏMAS hərəkatı İsrailə bir neçə min raket atıb və “Əl-Əqsa” tufanı əməliyyatının başladığını elan edib. Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.

Livanın “Hizbullah” şiə təşkilatı HƏMAS-a dəstək ifadə edib. Hər iki tərəfdən İsrail və Livana raket hücumları başlayıb. Oktyabrın 19-da günorta saatlarında İsrail ordusu ölkənin sərhədyanı rayonlarının Livan ərazisindən atəşə tutulduğunu elan edib. İMQ-nin məlumatına görə, Kibbutz Manara istiqamətinə bir neçə tank əleyhinə raket atılıb.

E.ŞİRİNOV

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN