booked.netbooked.net booked.net  

Türkiyə hakimiyyəti İrandan İsrailə hücum etməməyi xahiş edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Respublika Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Hadisədən əvvəl biz İran və ABŞ səlahiyyətliləri ilə görüşdük və mülayim olmağa çağırdıq. Tərəflərin qarşılıqlı gözləntiləri və mesajları ölkəmiz vasitəsilə ötürülüb”, - deyə nazirliyin açıqlamasında bildirilir.

Türkiyə Xarici İşlər Nazirliyi qlobal münaqişənin qarşısını almaq üçün səylərini davam etdirəcəklərini vurğulayıb. Ankara həmçinin İranın Suriyadakı səfirliyinə İsrail tərəfindən hücumu pisləyib.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçüsü Peter Lerner “ABC News”-a verdiyi açıqlamada İsrailin İranın hücumuna cavabı ilə bağlı qərarını tezliklə verəcəyini bildirib.

Həmçinin keçmiş amerikalı hərbi kəşfiyyat zabiti Skott Ritter deyib ki, İranın raket və pilotsuz təyyarələrinin məhv edilməsi milyardlarla dollara başa gəlir, ona görə də İsrail və ABŞ bir neçə gün ardıcıl olaraq belə intensivlikli hücumları dəf edə bilməyəcək.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN