Yeddilik Qrupu (G7) ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək və Kiyevə təhlükəsizlik yardımını artırmaq niyyətindədir.

Tezadlar.az xəbər verir ki, bu barədə G7 ölkələrinin xarici əlaqələr idarələrinin rəhbərlərinin Ukraynadakı vəziyyətlə bağlı bəyanatında deyilir.

“Biz Ukraynanın hava hücumundan müdafiə potensialını qətiyyətlə gücləndirmək niyyətindəyik. Bu kontekstdə biz Almaniyanın təklif etdiyi “Hava Hücumundan Müdafiə üzrə Dərhal Fəaliyyət” təşəbbüsünü yüksək qiymətləndiririk”, - sənəddə deyilir.

 “Biz Ukraynaya müdafiə və təhlükəsizlik yardımımızı artırırıq və bu ölkəyə kömək etmək üçün istehsal imkanlarımızı artırırıq”, - deyə qeyd edilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN