booked.net booked.net  

FTX Telegram vasitəsilə zərərli proqramların yayılması ilə məşğul olan moskvalının fəaliyyətini dayandırıb.

Tezadlar.az bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Moskva şəhəri və Moskva vilayəti üzrə mətbuat xidmətindən məlumat verilib.

“Rusiyanın Moskva şəhəri və Moskva vilayəti üzrə Federal Təhlükəsizlik Xidməti açıq-aşkar kompüterin icazəsiz məlumatının məhv edilməsi, dəyişdirilməsi və surətinin çıxarılması üçün nəzərdə tutulmuş kompüter proqramının yayılmasında iştirak edən 1990-cı il təvəllüdlü Moskva sakininin qanunsuz fəaliyyətinin qarşısını alıb”, - mətbuat xidmətindən bildirilib.

Moskvalı idarə etdiyi vebsayt vasitəsilə zərərli proqram alıcılarını tapıb. “Proqramı almaq üçün müştəri Telegram messencerində resurs administratoru ilə əlaqə saxlamalı olub, edilən ödəniş barədə məlumat aldıqdan sonra satıcı alıcıya proqram təminatı, aktivləşdirmə açarı və izahat videosu göndərib”, - deyə kəşfiyyat xidməti məlumat yayıb.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN