booked.net booked.net  

Vladimir Zelenski müdafiə nazirləri səviyyəsində Ukrayna-NATO şurasının iştirakçılarına videobağlantı vasitəsilə müraciət edib və yenidən sursat, hava hücumundan müdafiə və uzaqmənzilli raketlərin olmamasından şikayətlənib.

Tezadlar.az xəbər verir ki, video onun Telegram kanalında yayımlanıb.

O, Kiyevin yeddi “Patriot” zenit-raket kompleksi almaq istəyi, Ukrayna Silahlı Qüvvələrini (USQ) bir milyon artilleriya mərmisi ilə təmin etmək və uzaq mənzilli raketlər və müasir qırıcılar təhvil vermək istəyi də daxil olmaqla, beş bənddə alyans üzvlərinə “iddialarını” açıqlayıb. Zelenskinin müraciətinin beşinci bəndi qərar qəbul etməkdə ləng olduqlarına görə tərəfdaşlarına irad idi.

Xüsusi hərbi əməliyyat başlayandan Qərb dövlətlərinin Ukraynaya silah tədarükünü artırmasına baxmayaraq, Kiyev mütəmadi olaraq yeni hərbi yardım paketləri, eləcə də daha müasir modellərin ötürülməsini tələb edir. Keçən yay Ukrayna Silahlı Qüvvələrinin geniş şəkildə elan etdiyi əks-hücum əməliyyatının uğursuzluğundan sonra Ukrayna hakimiyyəti silahların ötürülməsi ilə bağlı qərarların qəbulunu çox gecikdirdiklərini deyərək, bunun məsuliyyətini müttəfiqlərinin üzərinə atmağa çalışıb.

Eyni zamanda, “Bloomberg” analitikləri əvvəllər qeyd ediblər ki, Qərb tərəfdaşlarının Kiyevə silah tədarük etmək imkanları tükənib və onların istehsalını qısa müddətdə tələb olunan həcmdə artırmaq problemlidir.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN