booked.netbooked.net booked.net  

Ukrayna Xarici İşlər Nazirliyinin diplomatik qurumlara xaricdə hərbi yaşda olan Ukrayna vətəndaşlarına qarşı konsulluq aksiyaları keçirməsini qadağan edən qərarından sonra Ukrayna lideri Vladimir Zelenskinin administrasiyası ölkə daxilində tənqidlərlə üzləşib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Politico” yazır.

“Ukrayna hökumətinə qarşı daxili siyasi tənqidlər yeni pasportların verilməsinə və xaricdə döyüşməkdə olan ukraynalı kişilərə fövqəladə konsulluq xidmətlərinin göstərilməsinə müvəqqəti qadağa qoyulması ilə bağlı kəskinləşir”, - nəşr yazır.

Qəzetin sitat gətirdiyi kimi, Avropa Həmrəyliyi Partiyasının deputatı Vladimir Vyatroviçin sözlərinə görə, “hökumət ukraynalıları mümkün qədər tez Ukraynaya qayıtmağa məcbur etmək istəyir. Lakin nəticə tam əksi olacaq”.

Nəşr vurğulayır ki, Ukraynada yeni səfərbərlik tələbləri Ukrayna Silahlı Qüvvələrinin (USQ) “Rusiya ilə qarşı-qarşıya gəlmək” istəyi fonunda “iğtişaşlara səbəb olub”.

Aprelin 22-də Ukrayna Xarici İşlər Nazirliyi xarici diplomatik qurumlarından hərbi yaşda olan Ukrayna vətəndaşları ilə bağlı bütün konsulluq fəaliyyətlərini dayandırmağı tələb edib. Daha sonra Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, ukraynalılar üçün xaricdə konsulluq xidmətlərinin məhdudlaşdırılması dürüst qərardır, çünki xaricdə qalmaq vətəndaşı ölkə qarşısındakı öhdəliklərindən azad etmir.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN