booked.net booked.net  

Ermənistan parlamentinin hakim “Mülki Müqavilə” partiyasından olan üzvü Sarqis Xandanyan bildirib ki, siyasi təşkilat Ermənistan Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan qarşısında ölkənin baş naziri Nikol Paşinyanın impiçmenti məsələsini qaldırmağı planlaşdırmır.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Xandanyanın sözlərinə görə, “Mülki müqavilə” Qalstanyanla görüş üçün heç bir təklif almayıb. O, həmçinin əlavə edib ki, Ermənistanda hakimiyyət ancaq demokratik yolla dəyişdirilə bilər.

“2021-ci il seçkilərində parlamenti Ermənistan vətəndaşları formalaşdırıb, parlament isə hökuməti formalaşdırıb, hökumətin lideri var. Ermənistanda hakimiyyəti ancaq demokratik və hüquqi yolla, yəni seçki yolu ilə dəyişmək olar. Növbəti seçkilər 2026-cı ildə keçiriləcək. Ermənistan Respublikasının baş naziri Nikol Paşinyandır və “Mülki müqavilə” partiyası və fraksiya bu məsələni heç kimlə və heç bir halda müzakirə etmək fikrində deyil”, - bildirib.

Qeyd edək ki, bundan əvvəl İrəvanda 30 mindən çox insan Paşinyanın istefası üçün etiraz aksiyasına çıxıb.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN