booked.net booked.net  

Gürcüstan prezidenti Salome Zurabişvili keçirdiyi brifinqdə respublika parlamentinin qəbul etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə (xarici agentlər haqqında qanun) veto qoyub.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” yazır.

Xarici agentlər haqqında qanun çərşənbə axşamı, mayın 14-də üçüncü və yekun oxunuşda qəbul edilib.

“Mən “Rusiya qanununa” veto qoydum”, - Zurabişvili vurğulayıb.

Xatırladaq ki, apreldə hakim “Gürcü arzusu” partiyası xarici agentlərlə bağlı qanun layihəsini yenidən parlamentə təqdim edib. Bu addım ictimai müzakirələrə səbəb oldu və bir ay ərzində ölkənin paytaxtında etiraz aksiyaları keçirildi.

Zurabişvili nümayişçiləri dəstəklədiyini bildirib və Qərb ölkələrini respublikanın hakimiyyət orqanlarına təsir göstərməyə və qanunun ləğvinə nail olmağa çağırıb. O, həmçinin qanun layihəsi təsdiqlənərsə, ona veto qoyacağını xəbərdar edib.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN