Münhen Təhlükəsizlik Konfransının baş elmi işçisi Niko Lange NATO ölkələrinə Ukrayna səmasında Rusiya raketlərini öz ərazilərindən vurmağı təklif edib və bunu belə bir addımın qanuniliyi kimi izah edib.

Tezadlar.az xəbər verirki, bu barədə hərbi ekspert “Tagesschau” nəşrinə müsahibəsində bildirib.

“BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, bu, tamamilə qanuni olardı. Beynəlxalq hüquq baxımından bu da mümkündür”, - Lange bildirib.

Ekspertin fikrincə, Rusiya raket və dronlarına hücumlar Polşa, Rumıniya və Slovakiya kimi ölkələrin ərazisindən həyata keçirilməlidir.

Lange bu addımı faydalı hesab edib ki, Ukrayna qoşunları cəbhəyanı şəhərləri, o cümlədən Xarkovu qorumaq üçün ölkənin qərbindən Şərqə hava hücumundan müdafiə sistemlərini ötürə bilsin.

Bundan əvvəl məlum olmuşdu ki, Almaniyanın “Rheinmetall” müdafiə konserni Ukraynada hava hücumundan müdafiə sistemlərinin istehsalı üzrə zavod tikəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN