Fələstin tərəfdarı bir fəal ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin San-Fransiskoda çıxışını pozaraq onu “müharibəyə qızışdırmaqda” ittiham edib.

Tezadlar.az bu barədə “Fox News”-ə istinadən xəbər verir.

San-Fransisko Harvard Klubunun təşkil etdiyi şam yeməyi zamanı Pelosiyə şəhərin “İlin görkəmli vətəndaşı” mükafatı təqdim edilib. Siyasətçi çıxış edərkən Harvard məzunu olan Fələstin tərəfdarı fəal onun sözünü qışqıraraq kəsib. Fəal Pelosinin "Fələstində müharibə və davam edən soyqırımı qızışdırdığını" söyləyib.

“Təbrik edirəm, konqresmen Nensi Pelosi. Harvarddan alınan pullar öz tələbələrimizə qisas almaq, repressiya etmək və onları sıxışdırmaq üçün istifadə olunursa, təqaüdün nə faydası var? Burada hamıya ayıb olsun! Ayıb olsun sənə! Bunu etməyə necə cəsarət edirsən? – fəal qışqırıb.

Pelosi fəala cavab verib ki, onun çıxış etmək hüququna hörmət edir. Fəal otaqdan çıxarılarkən Pelosi zarafat edib: “San-Fransiskoya xoş gəlmisiniz”.

Qeyd edək ki, 2024-cü ilin yazında etirazlar ABŞ universitetlərini bürüdü və Fələstin tərəfdarı tələbələr, İsrailyönlü fəallar və polis arasında toqquşmalara səbəb oldu. Tələbələr Amerika şəhərciklərində çadırlar qurur və ABŞ hakimiyyətindən İsrailin hərbi kampaniyasına dəstəkdən əl çəkməyi tələb edirlər. Yüzlərlə tələbə saxlanılıb, bəzi universitetlər üz-üzə dərsləri ləğv edib və tələbələr təhsildən uzaqlaşdırılmaqla hədələnib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN