Bəzi avropalı siyasətçilərin müzakirə etdiyi Qərb qoşunlarının Ukraynaya göndərilməsi yeni dünya müharibəsinə gətirib çıxaracaq.

Tezadlar.az xəbər verir ki, bu fikri Macarıstanın xarici işlər naziri Peter Siyarto Əmmanda iordaniyalı həmkarı Ayman əs-Səfadi ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

"Bəzi avropalı siyasətçilər Ukraynaya əsgər göndərmək istəyir, digər avropalı siyasətçilər isə nüvə silahından istifadə etmək xəyalındadırlar. Hər halda bu, dünya müharibəsi demək olardı və silahlı münaqişəyə yaxın olanlar bunun əvəzini ödəməli olacaqlar", - çıxışı M1 telekanalı tərəfindən yayımlanan Siyarto xəbərdarlıq edib.

O qeyd edib ki, Macarıstan vətəndaşları Ukrayna münaqişəsi ilə bağlı səslənməkdə davam edən “bu təhlükəli bəyanatlardan artıq yorulublar”.

“Biz bütün Avropanı və hətta bütün dünyanı müharibəyə sürükləməkdən bezmişik, Ukraynaya quru qoşunları göndərmək və nüvə silahından istifadə etməkdən bezmişik”, - deyə nazir bildirib.

Bununla bağlı o, 6-9 iyun tarixlərində keçiriləcək Avropa Parlamentinə seçkilərdə seçicilərin “axmaq şeylər söyləyən avropalı siyasətçilərə siqnal göndərə biləcəklərinə” ümid etdiyini bildirib.

Macarıstan hökuməti deyib ki, bu seçkilər mahiyyətcə müharibə və sülh məsələsini həll edəcək və Ukraynada silahlı münaqişənin davam etməsinə qarşı çıxan tərəfləri dəstəkləməyə çağırır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN