booked.net booked.net  

 Məhkəmə qərarı əsasında verilmiş İcra vərəqi əsasında işçilərdən tutulan alimentlər gəlir vergisinə cəlb olunurmu?
Hüquqşünas Azər Quliyev TEZADLAR.AZ-a bildirib ki, bu sualla əlaqədar Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına  (NHMT) mütamadi olaraq suallar daxil olur.
"Təşkilata müraciət edən şəxslər bildirirlər ki, idarə, müəssisə və təşkilatlarda: məhkəmə qərarı əsasında onların xeyrinə tutulan alimentlərdən qanunsuz olaraq gəlir vergisi tutulur.
Həm bu sualla, həm də digər suallarla əlaqədar bildirmək istəyirəm ki, ümumiyyətlə: idarə, müəssisə və təşkilatlarda elə mütəxəssislər var ki, qəsdən, bilərəkdən və ya bilməyərəkdən əmək münasibətlərində mövcud olan normativ hüquqi aktları özlərinə sərf edən formada şərh və tədbiq edirlər. Bununla əlaqədar bildirirəm ki, elə normativ hüquqi aktlar var ki, onlar çox sadə formada olur, onların tədbiqi üçün xüsusi şərhə ehtiyac olmur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102-ci maddəsinə əsasən: "Fiziki şəxslərdən tutulan alimentlər gəlir vergisindən azaddır" normativ hüquqi akt kimi.
Elə normativ hüquqi aktlar da var ki, başa düşülməsi və icrası mürəkkəbdir, icrası və ya tədbiqi ilə əlaqədar şərh isə yalnız səlahiyyətli dövlət orqanları tərəfindən verilə bilər.
İdarə, müəssisə və təşkilatlarda bu sahədə işləyən mütəxəssislərin əsas vəzifəsi isə ondan ibarətdir ki, qüvvədə olan normativ hüquqi aktları düzgün izah etməklə icra etsinlər, hətta bu normativ hüquqi aktlar onların istəklərini təmin etməsə belə.
Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1-ci maddəsinə əsasən: Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır:
Bu Məcəllənin 102.1.5-ci maddəsi: Alimentlər.
Hesab edirəm ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102-ci maddəsinin şərhi və tətbiqi ilə əlaqədar hər hansı bir problem və ya mübahisə yoxdur, bu səbəbdən də bütün idarə, müəssisə və təşkilatlarda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102-ci maddəsi əsas tutulmaqla: Fiziki şəxslərdən tutulan alimentlər gəlir vergisinə cəlb olunmamalıdır", - deyə hüquqşünas izah edib.
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN