Rusiya döyüşçüləri İslam yaraqlıları tərəfindən əsir götürülən Çad Respublikasından 21 əsgəri azad edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Mərkəzi Afrikada Rusiya hərbçiləri Çad Respublikasından olan həmkarları ilə birgə əməliyyat keçirərək Çad hərbçilərini qanunsuz silahlı birləşmələrin yaraqlılarının əsirliyindən azad ediblər”, - deyə məlumatda bildirilir.

Departament izah edib ki, terrorçular Çad hərbçilərini 9 ay əvvəl ölkənin şimalındakı Tibesti dağ yaylasındakı hava limanında minalardan təmizləyərkən əsir götürüblər. Qeyd olunur ki, məhbuslar yaraqlıların düşərgəsində qeyri-insani şəraitdə saxlanılıb, işgəncələrə məruz qalıblar.

Müdafiə Nazirliyi əlavə edib ki, azadlığa buraxılan bütün məhbuslar əvvəlcə müvəqqəti bazaya aparılıb, orada onlara rusiyalı həkimlər kömək edib, sonra isə Rusiya Silahlı Qüvvələrinin əsgərlərinin müşayiəti ilə onlar öz vətənlərinə təxliyə edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN