Malavinin vitse-prezidenti Saulos Çilima təyyarə qəzasında ölüb.

 TEZADLAR.AZ xəbər verir ki, bu barədə “The Sun” Afrika ölkəsinin prezidentinin administrasiyasına istinadən məlumat yayıb.

 “Vitse-prezident, hörmətli doktor Saulos Klaus Çilimanın olduğu təyyarə bu gün səhər Çikanqava meşəsində tapıldı.

 Təəssüf ki, qəza nəticəsində təyyarədə olan hər kəs həlak olub”, - deyə administrasiyadan bildirilib.

 Nəşrin qeyd etdiyi kimi, Çilima və onu müşayiət edən daha 9 nəfərin olduğu təyyarə Lilonqvedən havaya qalxdıqdan az sonra radarlardan itib.

Bütün sərnişinlər ölüb.

Təyyarədə Malavinin keçmiş birinci xanımı, ölkənin ikinci prezidenti Bakili Muluzinin həyat yoldaşı Patrisi Şanil Muluzi də olub.

Malavi prezidenti Lazarus Çakvera ölkədə milli matəm günü elan edib və bu gündən dəfn mərasiminə qədər bütün bayraqların yarıya endirilməsini əmr edib.

Bundan əvvəl Çakvera bütün fövqəladə xidmətlərə təyyarədə vitse-prezidentin olduğu təyyarəni tapmaq üçün təcili olaraq xilasetmə əməliyyatına başlamağı tapşırmışdı.

O, həmçinin Baham adalarına səfərini də ləğv edib.

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN