booked.netbooked.net booked.net  

Bu gün Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi ictimai birliyinin təşkilatçılıgı ilə "XOCALI genosidi-30" adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə təşkilatın sədri Mehriban Abdullayeva açıb. Sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. M.Abdullayeva Xocalı faciəsi haqqında ətraflı məlumat verib. Daha sonra Tofiq Əlizadə Xocalı genosidi haqqında araşdırmalarını təqdim edib. Tədbirin sonunda bir qrup təşkilat üzvü "Vətənpərvərliyə görə" Fərmanlar ilə Dünya Kazakların Qramaski Təşkilatının Ukrayna “Zaparoji Kazakları”-nın Getmanının Azərbaycan üzrə nümayəndəliyi tərəfindən mükafatlandırılıblar. Kazak Marşalı Üzeyir Vahabov, təşkilatın Azərbaycan, Türkiyə və Gürcustan  respublikaları üzrə səlahiyyətli nümayəndəsi- general-mayor Mübariz Süleymanlı və marşalın adyutantı, Ukrayna Müdafiə Nazirliyinin zabiti  Timur Ovsiannikov təltif olunanlara medalları təqdim ediblər. Təşkilatın sədri Mehriban Abdullayeva və sədr müavini Konul Alıyeva  "Marşal" ordeni ilə təltif olunublar.
5 mindən çox kazak zabit heyətinə rəhbərlik edən həmyerlimiz, Kazak Marşalı Üzeyir Vahabov medalları sahiblərinə təqdim edib. 
Marşal Üzeyir Vahabov əslən Azərbaycanlıdır. Bir çox ölkələrin prezidentləri ilə şəxsi  görüşdə olan həmyerlimiz 
24 yanvar tarixindən Mehriban Abdullayevanın dəvəti ilə Azərbaycandadir. Mehriban Abdullayeva tərəfindən qonağa müxtəlif mükafatlar, Fəxri fərman və Qarabağın simvolu olan "Xarı bülbül" nişanını təqdim edilib. 
Onu da qeyd edək ki, bu təşkilatlar uzun illərdiki əməkdaşlıq edirlər. Inanırıq ki, bu əməkdaşlıq iki xalq arasındakı dostlugu daha da möhkəmləndirəcək.
Elçin Cəfəroğlu
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN