booked.netbooked.net booked.net  

 Çərşənbə axşamı Rusiya və Çin strateji bombardmançı təyyarələri Rusiyanın Ukraynaya işğalının başlamasından sonra ilk birgə uçuşunu həyata keçirib.

Nüvə silahı daşıya bilən təyyarə çərşənbə axşamı havaya qalxaraq Yaponiya və Şərqi Çin dənizləri üzərində uçub. Tezadlar.az bildirir ki, bu barədə Azadlıq Radiosu və New York Times qəzeti yazıb. Bu hadisə çərşənbə axşamı Avstraliya, Yaponiya və Hindistan liderləri ilə görüşən ABŞ prezidenti Co Baydenin regiona səfəri zamanı baş verir. Bu ölkələr, Pekinin fikrincə, Çinə qarşı mübarizə məqsədi daşıyan Dördtərəfli Təhlükəsizlik Dialoqunda (Dördlü koalisiya) iştirak edirlər. Birgə Rusiya-Çin təlimi Rusiyanın Ukraynadakı hərbi cinayətlərinə baxmayaraq, Moskva və Pekin arasında tərəfdaşlığın möhkəm qalmasına mühüm işarə deməkdir... Cənubi Koreyanın "Yonhap" xəbər agentliyi isə rəsmilərə istinadən iki Çin və dörd Rusiya təyyarəsinin Cənubi Koreyanın şərq sahilləri yaxınlığında uçduğunu, lakin onun hava məkanını pozmadığını bildirib. Rusiya Müdafiə Nazirliyi Rusiya Aerokosmik Qüvvələrinin Tu-95MS strateji raketdaşıyıcıları və Çin Hərbi Hava Qüvvələrinin Honq-6K strateji bombardmançı təyyarələrinin birgə uçuşunu təsdiqləyib. Uçuşun müddəti 13 saat olub. Rusiya Müdafiə Nazirliyi uçuşun üçüncü ölkələrə qarşı yönəlmədiyini də bildirib.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN