booked.netbooked.net booked.net  

Azərbaycanda çəltik biçini başa çatıb və indiyədək sahələrdən 11558 ton məhsul yığılıb.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, hazırda çəltik üzrə orta məhsuldarlıq 36,2 sentner təşkil edir ki, bu da ötən ilin yekun orta məhsuldarlıq göstəricisindən 1,4 sentner çoxdur.

Cari ildə ölkədə 2021-ci ilə nisbətən 858 ton çox məhsul istehsal olunub.

Qeyd edək ki, bu il 9 rayonda çəltik əkini aparılıb. Çəltik əkinlərinin ümumi sahəsi 3194,25 hektar təşkil edir. Ən çox çəltik Lənkəran (802,3 hektar), Ağdaş (681 hektar) və Ucar (678 hektar) rayonlarında əkilib.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN