Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Türkiyənin müdafiə naziri Hulusi Akar telefonla taxıl müqaviləsini müzakirə ediblər.

Tezadlar.az xəbər verir ki, bu barədə martın 22-də Türkiyə nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bundan əlavə, nazirlərin söhbətində Suriyadakı vəziyyət və qlobal ərzaq böhranına toxunulub.

"Milli müdafiə naziri Hulusi Akar Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu ilə telefon danışığı aparıb. Danışıqlar zamanı qlobal ərzaq böhranının həllinə böyük töhfə verən taxıl təşəbbüsünün genişləndirilməsi sahəsində əməkdaşlıqdan məmnunluq ifadə edilib və fasiləsiz taxıl tədarükünün vacibliyi bir daha vurğulanıb. Türkiyənin bölgədə sülhün təmin edilməsinə və humanitar yardımların göstərilməsinə töhfə verməyə davam edəcəyi bir daha vurğulanıb”, - deyə məlumatda bildirilir.

Martın 18-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl müqaviləsinin uzadılmasını təsdiqləyib. Daha sonra Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib ki, Rusiya taxıl müqaviləsinin müddətini 60 gün uzatmaq qərarına gəlib və bundan sonra sazişin əsas müddəalarının həyata keçirilməsindən asılı olaraq, onun gələcək taleyinə qərar verəcək.

Martın 20-də Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskva taxıl müqaviləsinin əsas tələblərinə tam əməl etməkdə israrlıdır.

Taxıl müqaviləsinin uzadılması məsələsi anti-Rusiya sanksiyaları fonunda yaranıb. Məhdudiyyətlər səbəbindən Rusiya kənd təsərrüfatı mallarını sərbəst sata bilmir. Belə ki, Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin siyasi iqtisad kafedrasının dosenti Maksim Çirkov Qərbin taxıl müqaviləsini sabotaj etdiyini iddia edir.

Öz növbəsində Zaxarova bildirib ki, Rusiya bu sazişdə iştirak etməyə davam etməyə hazırdır, lakin yalnız bərabərlik şərtləri ilə.

K.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN