booked.netbooked.net booked.net  

Qiymətlərin artması ilə əlaqədar Qızılorda vilayətində düyü tədarükçüləri yoxlanılacaq.

Qazaxıstanda MMA-nin Qızılorda vilayəti üzrə departamenti sosial məhsulların qiymətlərinin monitorinqini aparıb, bundan sonra 6 düyü emalı müəssisəsində yoxlama təyin edib.

Maliyyə Monitorinqi Agentliyinin (MMA) yaydığı məlumata görə, vilayətdə istehsal olunan ərzaq məhsullarının maya dəyərinin təhlili diqqət mərkəzindədir.

 “Departamentin analitik qrupu 9 iri düyü istehsalçısının qiymətlərinin müəyyən edilməsi ilə bağlı təhlillər aparıb, nəticədə Qazaxıstan Respublikasının Rəqabətin Müdafiəsi və İnkişafı Agentliyi (RMİA) regional şöbəsi 6 düyü emalı müəssisəsinə münasibətdə qiymət artımının əsaslı olması üçün yoxlamalar təyin edib”, - məlumatda deyilir.

 MMA onu da bildirir ki, qalan müəssisələr qiymətlərin kiloqramı üçün 420 təngədən (təqribən 1.56  AZN) 350 təngəyə (təqribən 1.30 AZN) endirməyə razılaşıblar.

 “Bundan əlavə, bildirilir ki, rayondakı sosial mağazalarda düyünün ucuz qiymətə satışının mümkünlüyü yerli icra hakimiyyəti orqanları ilə Baykonır SSK (Sosial Sahibkarlıq Korporasiyası) arasında müzakirə olunur”, - MMA-dən bildiriblər.

***

Qeyd edək ki, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycana 13 milyon 957.74 min dollar dəyərində 16 min 48.4 ton düyü idxal olunub.

Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilib.

Bu göstəricinin həcmi ötən ilin yanvar-fevral ayları ilə müqayisədə həcm baxımından 46.4% və ya 5 min 86.43 ton, məbləğ baxımından isə 53.6% və ya 4 milyon 870.68 min dollar çoxdur.

2022-ci ilin yanvar-fevral aylarında Azərbaycana 9 milyon 87.06 min dollar dəyərində 10 min 961.97 ton düyü gətirilib.

Hesabat dövründə Azərbaycana gətirilən düyünün 1 tonun orta idxal qiyməti 5% artaraq 869.7 dollara bərabər olub. Bu göstərici ötən ilin yanvar-fevral aylarında 829 dollar təşkil edib.

Azərbaycanda düyünün qiyməti isə 2022-ci ilin oktyabrında 15-20% bahalaşıb.

 Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycanda uzun və yumru düyünün qiyməti əvvəlki  ilin oktyabr ayı ilə müqayisədə artıb.

Uzun düyünün 1 kiloqramının orta qiyməti 2021-ci ilin oktyabr ayı ilə müqayisədə 3,98 manatdan bu il 4,45 manatadək yüksəlib. Bununla da orta qiymət 56 qəpik, yəni 14,3 faiz artıb.

Həmçinin yerli uzun düyü 2021-ci illə müqayisədə 82 qəpik, yəni, 19,4% bahalaşaraq, 5,05 manat təşkil edib. İdxal edilən uzun düyünün qiyməti də 38 qəpik, yəni 10,7% artaraq 3,93 manat təşkil edib.

Yumru düyünün qiymətində isə, 1 kiloqram düyünün orta qiyməti 2021-ci ilin oktyabr ayı ilə müqayisədə 42 qəpik, yəni 18,4% artıb və 2,70 manat təşkil edib.

Yerli yumru düyünün qiyməti 39 qəpik, yəni 16,6% artaraq 2,74 manat, idxal olunan düyünün qiyməti 44 qəpik artaraq, yəni 20% faiz artaraq 2,66 manata yüksəlib...

Belə görünür ki, Azərbaycanda hər il düyünün qiymətində artım baş verir və istehlakçılara ucuzlaşacağı ilə bağlı şad xəbər verə bilməyəcəyik...

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN