booked.netbooked.net booked.net  

Türkiyə taxıl müqaviləsini bərpa etmək üçün Rusiya kənd təsərrüfatı məhsullarının ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün Qərbdən zəmanət almaq istəyir.

Tezadlar.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, Türkiyə tərəfi danışıqlarda Qərb tərəfdaşlarından konkret təminatlar axtarır, çünki onların olmaması sövdələşmənin dayandırılmasına gətirib çıxarıb. Mənbə Qara dəniz təşəbbüsünün bərpası üzrə BMT-nin koordinasiya etdiyi danışıqların davam etdirildiyini bildirib.

Qeyd edək ki, iyulun 17-də Qara dəniz taxıl müqaviləsi üzrə sazişlərə xitam verilib. Rusiya prezidenti Vladimir Putin deyib ki, taxıl sazişinin davam etdirilməsi humanitar məqsədini doğrultmadığı üçün mənasını itirib.

Kremlin sözçüsü Dmitri Peskov qeyd edib ki, Moskvanın taxıl sazişinə qayıtması indi mümkün deyil, çünki onunla bağlı öhdəliklər yerinə yetirilmir.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN