booked.netbooked.net booked.net  

Azərbaycanda hüquqi əsaslar olmadığı halda, "Aqrar Sığorta" Fondu dövlət orqanı olan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyini aqrar sığorta hadisələri çərçivəsində

“faydalanan şəxs” qismində tanımaqla “sığorta ödənişi” adı altında büdcə səviyyəsinin kodu 7 olan müvafiq xəzinə hesabına 676,7 min manat vəsaitin köçürülməsinə yol verib. Tezadlar.az xatırladır ki, bu barədə Hesablama Palatasının “Dövlət auditi” rüblük məlumat bülletenində yer alıb. Sənədə əsasən, bu da 50 %-i dövlət büdcəsindən maliyyələşdirilən sığorta haqlarından əldə olunan maliyyə resurslarının istifadə təyinatının pozulması deməkdir. Həmin vəsaitin köçürülməsi əməliyyatları çərçivəsində Aqrar Kredit və İnkişaf Agentliyi müvafiq maliyyə (mühasibat) uçotu registrlərində debitor və (və ya) kreditor şəxs kimi tanınmayıb (tanınması üçün hüquqi (rəsmi) əsasın olmadığı səbəbindən haqlı olaraq köçürmələr maliyyə (mühasibat) uçotu registrlərində “aqrar sığortalı” şəxslərin adı altında əks etdirilib.

Bəs görəsən bu faktlar araşdırılması üçün Baş Prokurorluğa göndərilibmi və hansı tədbirlər görüləcək?

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN