İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti “Ağdam süd” MMC bu ilin avqust ayında süd məhsulları zavodunun inşasına başlayacaq.

TEZADLAR.AZ xəbər verir ki, bunu "Azərbaycan iqtisadiyyatı" Teleqram kanalına “Ağdam süd” MMC-nin təsisçisi Hafiz Tapdıqov deyib.

Onun sözlərinə görə, tikinti işlərinin təxminən 6 ay ərzində tamamlanması, gələn ilin ortalarından isə istehsala başlamaq planlaşdırılır. Zavodda holland pendiri, bəyaz pendir, yoqurt, 50 çeşiddə dondurma, şor, ayran, kefir, kəsmik və s. istehsal ediləcək. Müəssisəyə ümumilikdə 2 milyon 200 min manat investisiya yatırılacaq. İstehsal üçün tələb olunan avadanlıqlar İran, Türkiyə və Avropadan alınacaq. Tikinti işlərinin aparılması üçün Ağdam Sənaye Parkında istehsal olunan inşaat materiallarından istifadə ediləcək.

Müəssisədə minimum 40 daimi iş yeri yaradılacaq. İkin mərhələdə müəssisənin gündəlik istehsal gücü 5-10 ton olacaq, lakin hədəf müəssisənin istehsal gücünün 50 tona çatdırılmasıdır.

Zavodun məhsulları Azərbaycan bazarında satılmaqla yanaşı, xarici ölkələrə də ixrac ediləcək. İlkin olaraq, Rusiyaya müxtəlif çeşiddə pendirlərin ixracı planlaşdırılır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN