IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması,

tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması layihəsi çərçivəsində Şahdağ Milli Parkına buraxılan nəcib marallardan birinin balası dünyaya gəlib. Beləliklə, reintroduksiya edilmiş nəcib maralların sayı təbii artımla birlikdə 8 başa çatıb.

TEZADLAR.AZ xəbər verir ki, hazırda bala və ananın vəziyyəti yaxşıdır, onlar yırtıcılardan mühafizə məqsədilə Şahdağ Milli Parkının İsmayıllı bölməsində qapalı volyer şəraitində saxlanılır.

Qeyd edək ki, Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilmiş nəcib maral keçmiş dövrlərdə Böyük və Kiçik Qafqazın, Talış dağlarının meşələrində, həmçinin Kür və Araz çaylarının Tuqay meşələrində yaşayıb. Hazırda nəcib maral populyasiyalarına yalnız Böyük Qafqazda rast gəlinir. Bu növün meşə ekosistemlərinin inkişafında potensial rolunu nəzərə alaraq, onun populyasiyasının bərpa edilməsi təbiətimiz üçün olduqca mühüm əhəmiyyətə malikdir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN