booked.net booked.net  

Almaniyanın ODARA pilot layihəsinə start verilir

***

"Qazaxıstanda hər il məişət zorakılığı ilə bağlı polisə 100 mindən çox məlumat verilir".

Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin inzibati polis Komitəsinin sədr müavini Renat Zulxairov bildirib ki, son 5 ildə məişət zorakılığı faktları ilə bağlı şikayətlərin sayı 3 dəfə artıb.

“Son 5 ildə məişət zorakılığı faktları ilə bağlı müraciətlərin sayı 3 dəfə artıb. Onların 60%-i üçün zərərçəkmişlər ərizə verməkdən imtina etdiyinə görə polis tədbir görə bilməyib. Və bunsuz, mövcud qanunvericiliyə görə, polis “məişət tiranlarını” məsuliyyətə cəlb edə bilməz. Cəzasızlıq hər şeyə icazəlilik yaradır. Bu daha ciddi nəticələrə gətirib çıxarır. Artıq bu il 18 məişət zəminində qətl hadisəsi törədilib”, - deyə o, brifinqdə bildirib.

 O, diqqətə çatdırıb ki, Qazaxıstanda hər il məişət zorakılığı ilə bağlı polisə 100 mindən çox məlumat verilir.

“Təbii ki, münaqişələr müxtəlifdir və onların nəticələri də müxtəlifdir. Yüksək təhlükə dərəcəsi olan ailələri müəyyən etmək üçün ODARA sistemindən istifadə edilməsi planlaşdırılır. Məişət zorakılığı halında 13 sualdan ibarət ODARA sorğu anketi doldurulur. Yalnız 4 sual iştirakçılar tərəfindən cavablandırılır, yerdə qalan 9 məlumat müvafiq məlumat bazalarından toplanır. Bu, sadəcə pilot layihədir. Səmərəliliyini göstərəcək mexanizmlər, ictimai təhlükəsizlik Konsepsiyasında cəmiyyətlə birgə nəzərdə tutulacaq”, - deyə bildirib. Belə ki, onun sözlərinə görə, əvvəllər məişət zorakılığı hallarının olub-olmaması, hər hansı hədə-qorxu, döyülmə və təhqirlərin olub-olmaması, həmçinin zorakılıq edən şəxsin qeydiyyatda olan silahının olub-olmaması ilə bağlı sorğu aparılacaq. Cavablara əsasən məişət zorakılığının ağır hallarının riskləri müəyyən ediləcək.

Qazaxıstan KİV-ninn məlumatına görə, artıq  Astanada, Almatı və Pavlodarda qadınların hüquqlarının müdafiəsi üçün Almaniyanın ODARA pilot layihəsinə start veriləcəyi bildirilir.

***

Xatırladaq ki, ölkəmizdə də qadınlara qarşı zoraklklq halları artıb.

 Human Rights Watch təşkilatının hesabatına görə, Azəbaycanda öncəki iki il ərzində (2019-2020) qadınlara qarşı 14 975 cinayət faktı qeydə alınıb.  

 O cümlədən, qadınlara qarşı zorakılıqla bağlı 6091 iş (2019-cu ildə - 2269, 2020-ci ildə - 2067 və 2021-ci ilin ilk 9 ayında - 1755 hal qeydə alınıb) açılıb, 6 834 cinayətkar  mühakimə olunub (2019-cu ildə - 2 480,  2020-ci ildə  - 2414, 2021-ci ilin yanvar-sentyabrında-  1940).

 Ümumilikdə, ölkədə qısqanclıq, ailə münaqişəsi və digər məişət problemləri səbəbindən 2955 cinayət törədilib (2019-cu ildə - 1026,  2020-ci ildə - 973 və 2021-ci ilin yanvar-sentyabrında - 956).

 

 JASMİN

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA