booked.netbooked.net booked.net  

...Dəfələrlədir ki, qadın sərnişinlərə qarşı qeyri-əxlaqi münasibət nümayiş etdirən taxsi sürücülərinin olduğu deyilirdi... Nəhayət, Bakıda polis əməkdaşları tərəfindən taxsi fəaliyyəti ilə məşğul olan taksi sürücülərinə qarşı tədbirlər keçirilib. Tezadlar.az DİN-nin mətbuat xidmətinin şöbə müdiri Elşad Hacıyevin sosial şəbəkə platformasına istinadla bildirir ki, keçirilən tədbirlər nəticəsində müxtəlif taksi şirkətlərinin sürücüləri tərəfindən 9 hüquqpozma faktı aşkar olunub. Onlardan 1-i dələduzluq cinayəti, 8 fakt isə qadın sərnişinlərə qarşı qeyri-etik təkliflərlə bağlı olub. Texniki vasitələrlə aşkarlanan hüquqpozma halları ilə bağlı 8 sürücü inzibati məsuliyyətə, 1 sürücü isə cinayət məsuliyyətinə cəlb edilib. Bu istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir, daxil olan bütün müraciətlərə çevik reaksiya verilir. E.Hacıyev əlavə edib: "...Bilmədim, bir də olmaz, məni ailəmə və övladlarıma bağışlayın, - deyən daha 9 taksi sürücüsü məsuliyyətə cəlb edilib. Qadın sərnişinlərə qeyri-etik təkliflər edən taksi sürücülərinə qarşı tədbirlər davam etdirilir...".
Bəli, nəzarət gücləndirilməli, qadınlar isə belə hallara susmamalı, DİN-nin 102 xidmətinə zəng edərək məlumat verməlidirlər. 
A.Məmmədli
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN