booked.netbooked.net booked.net  

Dəfələrlə deyilməsinə və xəbərdarlığa baxmayaraq bəzi təhsil ocaqlarında hələ də pulyığdı xəstəliyi davam edir...

budur, Bakıda valideynlərdən pul yığan lisey direktoruna məhz bu hərəkətinə görə şiddətli töhmət verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaydığı rəsmi məlumata görə, 49 nömrəli “İntellekt” məktəb-liseyində valideynlərdən vəsait tələb olunması ilə bağlı müvafiq araşdırma aparılıb. Araşdırmanın nəticələrinə uyğun olaraq məktəb-liseyin direktoruna Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Belə hallara təkrar yol verildiyi halda daha ciddi tədbirlər görüləcəyi bildirilib. Məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavininin ərizəsi nəzərə alınmaqla əmək müqaviləsinə xitam verilib.

 İndi günah kimdədir: pul yığan direktorda, yoxsa pul verən valideynlərdə? Düzdür, atalar deyib, istəyənin bir üzü, verməyənin iki üzü qara olsun! Hələlik isə lisey direktorunun hər iki üzü qara oldu... Və özü də qara siyahıya düşdü...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN