booked.netbooked.net booked.net  

Müxtəlif şirnikləndirici təkliflərlə nabələd insanları toruna salan kələkbazların əməllərindən çoxumuz xəbərdarıq... Aldadıb kartdakı pulu ələ keçirinlər də meydandadır. Azərbaycan DİN əməkdaşları dəfələrlədir belələrinə qarşı sayıq olmağı, aldanmamağı tövsiyyə edir.
Bu dəfə isə Yeni İl sürprizi təqdim edən manato.az adlı portaldan vətəndaşlara mesajlar gəlir. Fb istifadəçi Ramiz Hüseynov belə "sürprizi" incələyən paylaşım edib. Sitat: "Əziz dostlar, bu Manato.az nə olan nəmənədir, bilən varmı?? İki dəfədir mənim elektron poçt ünvanıma məktub gəlib ki, guya mən bunlardan kredit istəmişəm və hər ikisində də istədiyim məbləğ mənim hesabıma uğurla köçürülüb.?Hələ bir iki də sənəd göndəriblər, üzərində məbləğ, nə bilim möhür və s. Həkk olunub. Bəlkə məndən başqa daha kimlərə isə sürpriz ediblər, bilmirəm, elə isə yazın bilək görək bu Yeni il sürprizi paylayan Manato.az kimdir və ya nədir?"
 Bəli, hamıya yeni il arzuları ilə belə saxta sürpriz mesajlarına aldanmayın...
A.Məmmədli
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN