booked.netbooked.net booked.net  

Rusiya İstanbulda işlədiyi otelin sahibini öldürməkdə təqsirli bilinərək İnterpol xətti ilə axtarışda olan Özbəkistan vətəndaşı Xasanjon Aminovu Türkiyə hüquq-mühafizə orqanlarına təhvil verib.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.

“Bu gün A.N.Tupolev adına Vnukovo Beynəlxalq Hava Limanında Rusiya Daxili İşlər Nazirliyinin İnterpol Milli Mərkəzi Bürosunun və Rusiya Federal Penitensiar Xidmətinin əməkdaşları Özbəkistan vətəndaşı Xasanjon Aminovu respublikanın hüquq-mühafizə orqanlarının nümayəndələrinə təhvil veriblər. O, qəsdən adam öldürmə ittihamı ilə İnterpol kanalları ilə axtarışa verilib”, - o deyib.

Volk qeyd edib ki, Türkiyənin səlahiyyətli orqanlarının məlumatına görə, 2019-cu ilin iyul ayında İstanbulda otelin əməkdaşı olan Aminov şəriki ilə birlikdə sahibini öldürərək Türkiyəni tərk edib. "2023-cü ilin iyulunda təqsirləndirilən şəxsin axtarışı zamanı o, Rusiya Federasiyasının ərazisində Kazan şəhərində polis tərəfindən saxlanılıb", - Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin nümayəndəsi əlavə edib. 2023-cü ilin dekabrında Rusiya Baş Prokurorluğu Türkiyə tərəfinin axtarışda olan şəxsin ekstradisiyası ilə bağlı vəsatətini təmin edib.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN