booked.netbooked.net booked.net  

Ötən gün Xocavənd rayonunun Güney Xırman kəndi ərazisindəki tikilinin içərisindən 74 müxtəlif növ mina,

74 müxtəlif növ qumbara, 4 TNT partlayıcısı (trotil), 110 partladıcı, 12 mərmi, 23 mindən artıq patron və digər sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb. Bundan başqa, keçirilən əməliyyat tədbirləri nəticəsində tapdığı sursatı polisə təhvil verməyən şəxs də müəyyən edilərək saxlanılıb. Ondan 60 ədəd avtomat patronu aşkarlanaraq götürülüb. Faktlarla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bəli, ermənizm elə bir bəşəri xəstəlikdir ki, onun fəsadları hələ uzun illər Azərbaycan torpaqlarında hiss olunacaq. Basdırılmış minaların isə nə vaxt təmizlənəcəyi bəlli deyil.

Əslində, bu minalar da nə vaxtsa, tam təmizlənəcək. Amma bu o vaxt olacaq ki, ermənizm xəstəliyi yer üzündən silinsin. Bunun isə müalicəsi və dərmanı Azərbaycan əsgərindən asılıdır...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN