booked.net booked.net  

Dünən Gəncə Apellyasiya Məhkəməsində demokratik.az saytının rəhbəri Osman Nərimanoğlunun (Rzayev) 6,5 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökmdən verilmiş şikayətə baxılması başa çatıb.

Nərimanoğlunun həyat yoldaşı Arzu Rzayevanın Turan-a verdiyi məlumata görə, formal istintaqdan sonra məhkəmə vəkilin iştirakı olmadan hökmü elan edərək, birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. "Həyat yoldaşımı saxta ittihamla həbs ediblər. Məhkəmə onun həbsi barədə sifarişi icra edib", deyə Rzayeva qeyd edib. O, ərinin qanunsuz həbsinə və hökmdən verilmiş apellyasiya şikayətinə qeyri-obyektiv baxılmasına etiraz əlaməti olaraq mayın 13-də elan etdiyi aclığı davam etdirdiyini bildirib.

Aclıq etdiyi 4 gün ərzində Nərimanoğlunun səhhəti pisləşib. 2 saylı Gəncə İstintaq Təcridxanasında ona heç bir tibbi yardım göstərilmir, onun aclıq aksiyası haqqında ərizəsi isə Penitensiar Xidmətə göndərilmir.

Həyat yoldaşının sözlərinə görə, məhkəmənin qərarından sonra Nərimanoğlu aclığı davam etdirəcəyini deyib.

Tezadlar.az xatırladır ki, Osman Nərimanoğlu 5 iyul 2022-ci il tarixində rüşvət tələb etmə ittihamı ilə həbs olunub. O, həbs edildikdən sonra ittihamların yalan olduğunu və saytda yol verdikləri korrupsiya faktları haqqında materiallar dərc olunan Meliorasiya İdarəsinin məmurlarının, habelə Goranboy və Göygöl rayonlarının həkimlərinin ona böhtan atdığını bildirib. Yanvarın 25-də məhkəmə onu 6,5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN