booked.netbooked.net booked.net  

...JURNALİSTİKA ADINA İDDİA EDƏN ÖZÜNÜ DEYİL, JURNALİSTİKANI DÜŞÜNMƏLİDİR...

Dəfələrlə deyilməsinə və təklif olunmasına baxmayaraq, domen satışı ilə məşğul olan şirkətlərə təlimatlar verilmir ki, media ilə bağlı domen alan şəxsin jurnalistikaya aidiyyəti nəzərə alınsın... Bu problemdən qaynaqlanır ki, dünən iki "jurnalist", bu gün isə "Kanal-11" internet televiziyasının rəhbəri Teymur Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb. Belə ki, dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayət əsasında Teymur Kərimov barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi qaldırılıb. Hazırda istintaq hərəkətləri aparılır. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda da fakt təsdiqlənir.

Bəli, pul tələb etmə yaxşı işdir, amma bu baxır həmin pul sənin ola. Özgəsinin pulunu hədə-qorxu ilə tələb etmə isə nə insanlığa yaraşır, nə qanunlara, nə də jurnalistikamızın adına...

SƏBUHİ

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN