booked.netbooked.net booked.net  

 29 avqustda baş vermiş mühüm hadisələr:

1498 — Vasko da Qama Kalikutu tərk edib Portuqaliyaya qayıtmağı qərara aldı.

1526- Qanuni Sultan Süleymanın rәhbәrliyindәki Osmanlı ordusu Macarıstan ordusunu Mohaç döyüşündә mәğlub etdi. Döyüşdә Macarıstan Kralı II Layoş hәyatını itirdi vә Macarıstanın böyük hissәsi Osmanlı İmperiyasının nәzarәtinә keçdi.

***

1541 — Osmanlı ordusu Macarıstan krallığının paytaxtı Budanı işğal etdi.

***

1825 — Portuqaliya Braziliyanın müstəqilliyini tanımışdır.

***

1831-. İngilis fiziki Maykl Faradey elektromaqnit induksiyasını kəşf edib. Bununla da indi çox geniş tətbiq sahəsi olan elektrik mühərriki yaradılıb.

***

1907 — Kvebek körpüsü inşa edilən zaman aşmışdır və 75 işçi həyatını itirmişdir.
1926 — Nepalda köləlik ləğv edilmişdir.
1954 — San-Fransisko beynəlxalq hava limanı açılmışdır.
1958 — Maykl Cekson doğulub.

Майкл Джексон дискография | Биография Michael Jackson | Личная жизнь певца  | Фото

***

Çingiz Fuad oğlu Mustafayev  (1960-1992)

Çingiz Fuad oğlu Mustafayev 1960-cı ildə Rusiyanın Astraxan vilayətində hərbçi ailəsində anadan olub. Çingizin 4 yaşı olanda ailəsi Bakı şəhərinə köçür. 1983-cü ildə  Azərbaycan Tibb İnstitutunu bitirir və Azərbaycanın Dəvəçi adlanan ucqar şimal rayonunda tibbi karyeraya start verir. Lakin Çingizin şərəfli gələcəyi onun ixtisası ilə bağlı deyildi. Müasir Azərbaycan tarixində özünəməxsus rol oynamaq taleyinə yazılmış Çingiz tezliklə öz həqiqi arzusu olan jurnalistika sahəsinə üz tutur.

O, həvəskar karyerasına 1990-cı il 20 yanvar tarixində Sovet ordusunun Bakıda mülki əhaliyə qarşı törətdiyi vəhşilikləri lentə alaraq başladı. Dağlıq Qarabağ regionunda döyüş əməliyyatları başlanan kimi Çingiz öz karyerasını tam olaraq hərbi jurnalistikaya həsr etdi. Sonralar 1991-ci ilin oktyabr ayından o, Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət göstərmişdir.

Çingizin reportajları Azərbaycanın məruz qaldığı informasiya blokadasının aradan qaldırılmasında və erməni nəzarətində olan media strukturları tərəfindən qərəzli məlumatların yayılmasının qarşısının alınmasında əhəmiyyətli rol oynamışdır.
Yəqin ki, onun qısa müddətli hərbi jurnalistlik karyerasında ən vacib xidməti Xocalıda törədilən vəhşilikləri lentə almaq olmuşdur. Ermənistan qüvvələrinin amansız atəşinə məruz qaldığına baxmayaraq Çingiz bu qətliamı sənədləşdirmək üçün helikopterlər ilə bir qrup jurnalistlər ilə birlikdə iki dəfə qətliam yerinə səfər etməyə nail olmuşdur. O, Xocalının qarla örtülmüş sahələri boyunca uzanmış yüzlərlə cəsədi lentə ala bilmişdir.

Çingiz Mustafayev 1992-ci il 15 iyun tarixində Naxçıvannik əndində hərbi əməliyyatların çəkilişi zamanı aldığı mərmi qəlpəsindən həyatını itirmişdir.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə Mustafayev Çingiz Fuad oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

***

1993- Prezidentə etimad göstərilməsi məsələsi haqqında ümumxalq səsverməsi keçirilib. MSK 3 milyon 767 min 928 nəfərin iştirak etdiyi ümumxalq səsverməsində 92,02 faizin Əbülfəz Elçibəyə etimad göstərilməsi əleyhinə səs verdiyini açıqlayıb.

 2005-ci il. Azərbaycanda İctimai Televiziya yayıma başlayıb. Prezident İlham Əliyev 2004-cü il noyabrın 5-də “İctimai Televiziya və Radio Yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərman imzalayıb.

2008 — Zenit futbol klubu finalda Mançester Yunaytedi məğlub edərək UEFA Kubokunun sahibi oldu.

Şakir QURBANOV

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN