booked.netbooked.net booked.net  

30 avqust

1922-- Mustafa Kamal Paşanın şəxsən rəhbərlik etdiyi Dumlupınar Meydan Müharibəsi Türk Ordusunun qəti qələbəsi ilə nəticələndi. Yunan ordusunun baş komandanı Trikopis komandirləri ilə birgə əsir alındı.

***

1930- Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin qərarı ilə respublikanın ərazisi yeni ərazi-inzibati vahidlərə - rayonlara bölünüb. Qərara əsasən, Azərbaycan SSR ərazisində 63 rayon yaradılıb. Əvvəllər respublikada dairə və qəzalar fəaliyyət göstərib.

1941- II Dünya müharibəsində alman ordusu Leninqradı mühasirəyə almağa başladı. Leninqrad blokadası 900 gün davam etdi.

*** 

1955- London Konfransında Kipr problemi müzakirə olundu. Böyük Britaniya Kiprdə üçtərəfli idarə sistemini təklif etdi. Yunanıstan ada xalqının gələcəyini müəyyən etmək istəyirdi. Bu halda Fatih Rüştü Zorlunun başçılıq etdiyi Türkiyə nümayəndə heyəti Kiprin keçmiş sahibi Türkiyəyə qaytarılmasını tələb etdi.

 ***

1981- İran prezidenti Məhəmməd Əli Recai və baş nazir Məhəmməd Cavad Bahomar bombalı hücumda öldürüldülər.

 ***

1988- İraq ordusundan qaçaraq Türkiyə sərhədinə yığılan minlərlə iraqlı kürd hökumətin icazəsi ilə Türkiyəyə daxil oldu.

 ***

1992- Türkiyənin təhlükəsizlik qüvvələri ilə İrandan Türkiyəyə girən separatçı terrorçular arasındakı qarşıdurmada 100 terrorçu öldürüldü.

 ***

1992 — Azərbaycan Respublikası Qazaxıstan ilə diplomatik əlaqələr qurmuşdur.


***

1995- NATO Markale qətliamının ardından bosniyalı serblərə qarşı hava əməliyyatı keçirdi. "Qərarlı güc" adlandırılan əməliyyat  II Dünya müharibəsindən sonra Avropadakı ən intensiv bombardman oldu.

***

1991- Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında respublikanın dövlət müstəqilliyinin bərpası haqqında Deklarasiya qəbul edilib. Eyni vaxtda “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Soveti qərar çıxarıb. 1991-ci il oktyabrın 18-də Ali Sovet bu qərarın icrası məqsədilə 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının qəbul etdiyi müstəqillik haqqında Deklarasiyaya əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Deklarasiyasını rəhbər tutaraq Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını və müstəqil ölkəmizin dövlət, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edib.

***

1871- Britaniya fiziki, nüvə fizikasının “atası” kimi tanınan Ernest Rezerfordun doğum günü (1871-1937)

 

E.Rezerford 1908-ci ildə “radioaktiv maddələr kimyasında elementlərin parçalanması sahəsində aparılan tədqiqatlara görə” Nobel mükafatına layiq görülüb. Görkəmli alim 1911-ci ildə özünün məşhur α-zərrəciklərinin yayılması təcrübəsi ilə atomun daxilində müsbət yüklü zərrəciklə yüklənmiş nüvənin və onun ətrafında mənfi yüklü elektronların mövcudluğunu sübut edib. Təcrübə nəticəsində atomun planetar modeli yaradılıb.

***

1804— Polşa-Belarusiya şairi, şərqşünası, diplomat Xodzko Aleksandr Leonardoviç anadan olmuşdur.

27 dekabr 1891-ci ildə vəfat etmişdir.

Peterburqda Mirzə Cəfər Topçubaşovdan Şərq dillərini öyrənmişdir. 1842-ci ildə "Koroğlu” dastanının Cənubi Azərbaycan aşıqlarından topladığı variantını tərcümə edib Londonda ingilis dilində nəşr etdirmişdir.

***

1940— Tanınmış yazıçı-publisist, Azərbaycanın Əməkdar jurnalisti , "Gəncə və gəncəlilər" Xeyriyyə Cəmiyyətinin sədri Əhməd Məmməd oğlu İsayev Zaqatala  rayonunun Suvagil kəndində anadan olub. Orta məktəbi bitirən kimi təsərrüfatda əmək fəaliyyətinə başlayıb. Suvagil kənd klubunda müdir işləyib. 1959-1965-ci illərdə Azərbaycan Dövlət Universitetində əvvəl qiyabi, sonra əyani oxuyub. Hələ tələbə ikən – 1963-cü ildən "Kommunist" qəzeti redaksiyasında işə başlayıb: kiçik ədəbi işçi, baş ədəbi işçi, şöbə müdiri olub. 1970-1990-cı illərdə Gəncə-Qazax bölgəsi üzrə xüsusi müxbir vəzifəsində çalışıb. 1990-1991-ci illərdə "Respublika" qəzetinin təşkilatçısı və ilk baş redaktoru olub. Bir müddət "Həyat" və "Səhər" qəzetlərində işləyib. 1995-ci ildən "Azərbaycan" qəzetinin bölgə müxbiridir.

1957-ci ildən mətbuatda çıxış edir. Tarixi mövzulara, sənədli publisistikaya daha çox üstünlük verir. İki minədək qəzet və jurnal məqaləsinin, otuzdan çox kitabın müəllifidir. Jurnalist axtarışlarına əsasən 1985-ci ildə Leninqrad Sənədli Filmlər Studiyasında "Cəbhədən məktublar" adlı qısametrajlı film çəkilib, "Boş barılar" pyesi (1988) Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub.

Hökumət nümayəndə heyəti və jurnalist qrupları ilə Türkiyədə (1974, 1992), Yunanıstanda (1977), Fransada (1985), Bolqarıstanda (1987), İngiltərədə (1994) olub. İtaliyada (1981) "Unita" qəzetinin festivalında və Misirdə (1995) beynəlxalq informatika kurslarında Azərbaycanı təmsil edib. Dəfələrlə yaradıcılıq müsabiqələrinin qalibi olub. 1986-cı ildə ona SSRİ Jurnalistlər İttifaqı tərəfindən "İlin ən yaxşı jurnalisti" adı verilib. Moskvada çıxan "Jurnalist" jurnalının üç dəfə (1977, 1981, 1982) xüsusi diplomunu alıb. Respublika Ziyalılar Cəmiyyəti İdarə heyətinin qərarı ilə (1999) "XX əsrin fəxri ziyalısı" diplomu, Qafqaz-Mediya ictimai birliyi tərəfindən "Peşəkar jurnalist" (2008) mükafatı verilib. 1970-ci ildə "Rəşadətli əməyə görə" və 2005-ci ildə isə "Tərəqqi" medalı ilə təltif edilib.

"Azərbaycan Respublikasının ictimai və mədəni həyatındakı böyük xidmətlərə görə" Azərbaycan prezidenti İlham Əliyevin 11 dekabr 2006-cı il tarixli sərəncamı ilə ölkə prezidentinin fərdi təqaüdünə layiq görülüb. Dəfələrlə Azərbaycan jurnalistlərinin, 1982-ci ildə isə SSRİ Jurnalistlər İttifaqının beşinci qurultayının nümayəndəsi olub. On altı il dalbadal Azərbaycan Jurnalistlər İttifaqının idarə heyətinə üzv seçilib.

***

1954— Azərbaycan jurnalisti, "Xalq qəzeti"nin baş redaktoru , "Azərbaycan Respublikasının Əməkdar jurnalisti" , "Vətənə xidmətə görə" ordeni laureate; Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının sədri Həsən Zal oğlu Həsənov Göyçə mahalının Ardanış kəndində anadan olub.

1977-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

1977-ci ildə Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasında elmi redaktor vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 1983-1985-ci illərdə zabit kimi Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən tərxis olunduqdan sonra Azərbaycan Ensiklopediyasında fəaliyyətini davam etdirmiş, "Uşaq Ensiklopediyası"nın və bir sıra ensiklopedik məlumat kitablarının hazırlanmasında iştirak etmişdir.

"Vətən səsi" qəzetində şöbə müdiri, "Amal" və "Yeni Azərbaycan" qəzetlərində baş redaktorun birinci müavini postlarını tutub.

"Respublika" qəzetində baş redaktor müavini, Azərbaycan Televiziyasının "Xəbərlər" baş redaksiyasının baş redaktoru, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində televiziya üzrə sədr müavini olub.

2002-ci ilin aprelindən "Xalq qəzeti"nin baş redaktorudur.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsini hüquqşünas ixtisası ilə bitirmişdir.

Bir neçə kitabın tərtibçisi və redaktoru, müxtəlif filmlərin ssenari müəllifi və redaktorudur.

Həsən Həsənov 2017-ci il iyunun 5-də Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında Sərəncamına əsasən Şuranın üzvü təyin olunub. İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun

2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Həsən Həsənov respulika mətbuatının inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının əməkdar jurnalisti" adına layiq görülmüşdür.

2014-cü il sentyabrın 1-də Həsən Həsənov milli mətbuatın inkişafındakı səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

***

1972 - Azərbaycanın Milli Qəhrəmanı Rövşən Əliyev Bakı şəhərində doğulmuşdur. Əslən Göyçə mahalının Basarkeçər rayonunun Yarpızlı kəndindəndir. 1989-cu ildə Xətai rayonundakı 254 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun maşınqayırma fakültəsinə daxil olmuşdur. 1991-ci ilin mayında könüllü olaraq orduya yazılmışdır.


Rövşən Əliyev Ağdam uğrunda döyüşlərdə - Sırxavənd, Qazançı kəndlərinin düşməndən azad edilməsində qəhrəmanlıq nümunələri göstərmişdir. O, 1992-ci ilin martında Muğanlı, Şıxbabalı yüksəkliklərinin ələ keçirilməsində xüsusilə fərqlənmişdir.
Əliyev Rövşən 1992-ci il 14 iyunda Xocalı rayonunun Dəhrəz kəndi uğrunda gedən döyüşlərdə düşmən gülləsinə tuş cəlmiş və əbədiyyətə qovuşmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Əliyev Rövşən Nəriman oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Vaxtilə təhsil aldığı 254 saylı orta məktəbə və Bakı şəhərindəki küçələrdən birinə qəhrəmanın adı verilmişdir.

***

2016—Dövlət Sərhəd Xidmətinin Aviasiya Dəstəsinin birinci qadın pilotu Dilarə Aydın qızı Babayeva  vəfat etmişdir.

Dilarə   Babayeva 1986-cı ildə Sumqayıt şəhərində andan olmuşdur. 2004-ci ildə Sumqayıt şəhər Təfəkkür liseyini bitirmişdir. D.Babayevanın hərbi işə marağı hələ orta  oxuduğu illərdə yaranıb. Hərbi-silahlı qüvvələrdə xidmət etmək arzusu ilə H.Əliyev adına Ali Hərbi Məktəbə qəubl olur. Hərbçi olmaq, vətənə xidmət etmək onu bu çətin yolun yolçusuna çevirmişdi. Ali Hərbi Məktəbə sənədləri təqdim edəndə, onlar 31 qız idi. Onlardan yalnız 16-sı tədrisin ağırlığına və çətinliyinə tab gətirə bildi. O kursantlardan biri də Dilarə Babayeva idi. Gələcəkdə ilk və yeganə sərhədçi pilot olacaq xanım...

Raket qoşunları və artilleriya xidməti heyətində hərbi qulluq üçün idarəetmə mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi almaqla 2008-ci ildə buranı bitirir və zabit olmaq arzusuna çatdı. Kursant ikən bütün əziyyətlərə dözdü. Qışın soyuğunda, yayın qızmarında, payızın çiskinində Bakı ilə Sumqayıt arasındakı yollarda idi. Hərbi təlimlər zamanı ağır silahları çiynində daşımaqdan yorulmurdu.. Dilarə nəyə nail oldusa öz zəhməti və bacarığı sayəsində qazandı. Uzun zaman öz üzərində çalışıb 2012-ci ildən Dövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissəsində xidmətdə olan Dilarə Babayeva təlimlərdə iştirak edir, dəfələrlə uçuşlar keçirdi. Paraşütlə hündürlükdən tullanırdı. Qısa müddət ərzində ona baş leytenant rütbəsi verildi və kapitan rütbəsinə qədər yüksəlir. Respublika Aviasiya Akademiyasında hərbi pilot kimi bir illik idarəetmə kursu keçərək, manqa şturmanı kimi xidmətdə olması isə onun hərbi işlə bağlı arzularına daha da qanad verir. Sonra onu Səngəçalda Sərhəd Qoşunlarının müvafiq hərbi hissəsinə xidmətə göndərirlər. O, işi ilə nəfəs alırdı və işindəndə çox razı idi, 12 il hərbçi kimi xidmət etdi. Dilarə sözün həqiqi mənasında hərbçi idi. Məsuliyyətli, işini sevən və ən əsası peşəkar zabit idi.

Hərb sənəti üçün lazım olan bütün keyfiyyətlər onda toplanmışdı. Qadın olsa da, hərbi işdə kişilərdən az bacarıq nümayiş etdirmirdi. Sərhəd Qoşunlarının komandanı Elçin Quliyev də onun qətiyyətini və fədakarlığını qiymətləndirdi. Çünki Sərhəd Mühafizəsinə Dilarə kimi bacarıqlı kadrlar lazım idi. Dilarə sərhədçilərin ilk və yeganə qadın pilotu kimi xüsusi nüfuza malik idi. Silahlı Qüvvələrinin 95 illiyi, Sərhəd Mühafizəsinin 90 illiyi medalları ilə və dəfələrlə fəxri fərmanlarla təltif edilib. Valideynlərinə layiqli övlad idi. Ağır işinə və gün ərzində xidmətdə olmasına baxmayaraq, ailənin çətinliklərini o da öz üzərinə götürürdü. İstər xidmət sahəsində bacarıqlı kadr kimi, istərsə də ailədə, qohum-qonşu yanında hörmət qazanmışdı. Dilarə hamının işinə-gücünə yarayırdı. O, bacarıqlı, mərd və cəsur qız idi. Heç kimə möhtac olmaq istəmirdi. Valdeynləri onu belə tərbiyə etmişdi. 2015-ci ildə Dilarə Babayeva nişanlanır və valideynləri onu böyük arzularla gəlin köçürürlər.

Gəlin köçəndən 8 ay sonra 30 avqust 2016-cı ildə  Dilarə  Babayeva dünyaya övlad gətirərkən xəstəxanada  vəfat edir.

***

 Şakir QURBANOV

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN