booked.netbooked.net booked.net  

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı İdarəsinin rəsmi nümayəndəsi Liz Trossell mediada aparılan axtarışlara, eləcə də Qırğızıstanda jurnalistlərin saxlanmasına münasibət bildirib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Qırğızıstanın 24.kg saytı məlumat yayıb.

“Biz Qırğızıstandakı hadisələrdən narahatıq, hansı ki, hakimiyyət orqanları bazar ertəsi və çərşənbə axşamı bir neçə müstəqil media orqanının ofislərində axtarışlar apararaq 14 jurnalisti sorğu-sual etmək üçün müvəqqəti saxlayıblar”, - bəyanatda deyilir.

“Hakimiyyətin son hərəkətləri vətəndaş cəmiyyəti fəallarına, jurnalistlərə və hakimiyyəti tənqid edənlərə qarşı daha geniş təzyiq modelinin bir hissəsi kimi görünür. İnsan hüquqlarının, o cümlədən ifadə azadlığının qanuni şəkildə həyata keçirilməsinə görə cəza olaraq həbs və ya saxlanma beynəlxalq insan hüququna görə özbaşınalıqdır”, - Liz Trossell vurğulayıb.

"Biz hakimiyyəti ifadə azadlığını qorumağa və ölkənin media qanunlarının beynəlxalq insan haqları standartlarına uyğun olmasını təmin etməyə çağırırıq", - BMT İnsan Hüquqları İdarəsinin sözçüsü bildirib.

Sayt qeyd edir ki, DMTK əməkdaşları yanvarın 15-də saat 11.00 radələrində 24.kg-ın redaksiyasına gəliblər. Baş direktor Asel Otorbayeva, şef redaktorlar Anton Lımar və Mahinur Niyazova dindirilməyə aparılıb. Redaksiyada axtarış həyata keçirilib. Redaksiyanın texniki avadanlıqları və əməkdaşların şəxsi telefonları götürülüb.

Qırğızıstan KİV-nin məlumatına görə, yanvarın 16-da Daxili İşlər Nazirliyinin əməkdaşları bir sıra digər müstəqil media qurumlarında axtarış aparıb, 11 jurnalist və media işçisini dindirməyə aparıblar. Bildirilir ki, Temirov Live və “Ayt Ayt Dese” komandasının üzvləri Məxabat Tajibek qızı (Bolot Temirovun həyat yoldaşı), Azamat İşenbekov və Sapar Akunbekov saxlanılıb. “PolitKlinika”nın jurnalistləri Tınıstan Asıpbek və “Arça media”nın jurnalistləri Saypidin Sultanəliyev də saxlanılıb. Daha sonra məlum olub ki, Joodar Buzumov və Ayke Beyşekeeva da saxlanılıblar.

 Xatırladaq ki, Front Line Defenders hüquq müdafiə təşkilatı  da Qırğızıstanda saxlanılan jurnalistlərin dərhal azad edilməsini tələb edib. Bu barədə X sosial şəbəkəsində məlumat verilib.

Həmçinin Qırğızıstanın Media Fəaliyyət Platforması jurnalistlərin kütləvi saxlanması, redaksiyalarının ofislərində və evlərində axtarışların aparılması ilə bağlı müraciət yayıb.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN