booked.netbooked.net booked.net  

Sosial mediada bu suala cavab axtarışlı statuslara çox rast gəlinir... Azərbaycanın Əməkdar jurnalisti, siyasi elmlər doktoru Xalid Niyazov da cavab axtarışındadır. O, özünün sosial platformasında yazır: Vallah, bu məsələyə heç toxunmayacaqdım. Zira, proses həmişəki ssenari üzrə davam edir. Bizlər də baxırıq, görürük, bəzən təqdir edir, bəzən isə təəccüblənirik. Heydər Əliyevin 100 illiyi medalı ilə təltif marafonu başlayıb. Kimlərə verilir, kimlər fərqləndirilir, təbii ki, öz işləridir. Aralarında haqq edənləri də var. Lakin Heydər Əliyev haqqında ikicə cümlə belə yazmamış, adını yalnız işinə yarayanda çəkən və bunlar azmış kimi bir də zamanında ən ləyaqətsiz ifadələrlə təhqir edib qarğış tökən və s. və s. adamlara medal verilməsinin “fəlsəfəsi”ni anlamaqda çətinlik çəkirəm. Lap müstəqilliyin əleyhinə səs verənlərin Cümhuriyyətin yubiley medalı ilə təltif edilməsinə oxşadı.... Düzəlmir ki, düzəlmir, baba!"
Əlabə şərhə yəqinki ehtiyac yoxdur...
A.Məmmədli
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN