booked.netbooked.net booked.net  

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağgöl Milli Parkına təşkil etdiyi mediatur bu dəfə də jurnalistləri heyran qoydu...

Açığı, ilk dəfədir ziyarət edəcəyimiz Ağgölün çöllük və düzən ərazi olduğunu bilirdik, həm də düşünürdük ki, burada yazın ilk ayının gəlişinin özü ilə gətirdiyitəbii biçənəkləri, eləcə də baharın gəlişinin ilk ifadəsi olan ağ- narıncı çiçəkləri ilə qarşılaşacağıq. Amma  gördüklərimiz bizi heyran etdi. Düzən, eləcə də kiçik təbii göllərlə əhatələnmiş parkın ərazisində qırmızı xalının- göz işlədikcə uzanıb gedən laləliyin olacağını ağlımıza belə gətirmirdik. Amma bu dəfə ağlımıza gəlməyən başımıza gəldi. 

XXX

Əslində, nazirliyin ictimaiyyətlə əlaqələr departamentinin- mətbuat xidmətinin rəhbəri İradə İbrahimova jurnalistləri əvvəlcədən Milli Parkda qarşılaşacaqları ezazkar mənzərə- hər tərəfi ağuşuna almış laləliklə bağlı xəbərdar etmişdi. Lakin hələ də Haramı düzü-  çöl silsiləsinə daxil ərazidə belə bir mənzərənin- qırmızı xalının olacağına inana bilmirdik...

7e5f8f75-8161-4137-8d78-238f74ac0f6b

...Jurnalistləri Ağgöl Milli Parkınağda nazirliyin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva, həmçinin direktor Xəzər Məhərrəmov və onun komandası qarşıladı... Sonra nazirliyin mətbuat xidmətinin rəhbəri, jurnalistlərlə birlikdə paytaxtdan bura qədər suallarımızı cavablandırıb Milli Park barədə bilgilərimizi zənginləşdirən, xoş təəssürat formalaşdıran İradə İbrahimova ilə birlikdə parkın əsas ərazisinə doğru yola çıxdıq... ETSN-nin mətbuat katibi İradə İbrahimova jurnalistlərin bəzi suallarını da cavablandıraraq bildirdi ki, Ağgöl Milli Parkı Azərbaycanın ən zəngin biomüxtəlifliyə malik xüsusi mühafizə olunan təbiət ərazilərindən biridir və unikal təbii landşaftı ilə daim diqqət mərkəzindədir. Həmçinin qeyd etdi ki, Təkcə 2024- cü ildə Ağgöl Milli Parkının ərazisində 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb. Bu isə Milli Parkın biomüxtəliflik üçün nə qədər böyük əhəmiyyətə malik olmasının sübutudur...

Jurnalistlərin  qırmızı xalıda- laləlikdə qarşılaşdığı möcüzələr...

Sonra jurnalistlərə Milli Parkın biomüxtəlifliyi barədə ətraflı bilgi verilməsi üçün nazirliyin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva mini konfrans keçirdi, maraqlı açıqlamalar verdi. A.Babayevanın jurnalistlərlə sual- cavabı fonunda isə hamının gözü, əvvəl qeyd etdiyim kimi, ətrafı bürümüş və göz işlədikcə uzanıb gedən laləlikdə idi. Həqiqətən də Azərbaycanın bir çox Milli Parklarını gəzmiş, məlumatlı olmuş jurnalistlər üçün bu qeyri- adi bir mənzərə idi. Hamının diqqəti Arzu Babayeva və İradə İbrahimovada olsa da, gözü laləlikdə- bu təbiət möcüzəsində idi... Amma A.Babayeva elə maraqlı faktlar açıqlayırdı ki, onu dinləməmək və söylədiyi əlavə faktlara diqqət kəsilməmək mümkün deyildi.

 A.Babayeva Ağgöl Milli Parkı ilə bağlı onu da bildirdi ki, sən demə, hər il Azərbaycan hava məkanı üzərindən iyirmi milyondan çox su və bataqlıqda yaşam tərzi keçirən quşlar miqrasiya edir. Sitat: "...biləsiniz ki, ölkəmizdə su-bataqlıq quşlarının toplaşma və yaşam məntəqələrinin əsas ərazilərindən biri də məhz Ağgöl Milli Parkıdır. Ziyarət etdiyiniz bu Milli Parkın ərazisi beynəlxalq əhəmiyyətə malik su-bataqlıq ərazilərinin qorunması və davamlı istifadəsi məqsədilə təsis edilmiş Ramsar Konvensiyasına da daxil edilmişdir. Bu göstərici ötən illə müqayisədə bu il müşahidələrimizlə müəyyən olunmuşdur ki, artıq 2 dəfədən də çoxdur. Park quşların toplaşdığı boyük məntəqələrdən biri olduğundan, köç etmə və dayanma dövrlərində, eləcə də ilin digər fəsillərində belə burada quşların  yuva qurması üçün əlverişli şərait vardır. Siz Milli Parkın göllük və qamışlıq ərazilərinə baş çəkəndə bunların şahidi olacaqsınız...".

A.Babayeva daha sonra jurnalistlərə Milli Parkıın ərazisindəki qırmızı xalıdan-  laləli çəmənlikdən danışdı. Məlum oldu ki, Ağgöl Milli Parkı ərazisindəki bu lalələr hər il hava şəraitindən və iqlimdən asılı olaraq aprel ayının əvvəlindən başlayaraq əraziyə gözəllik bəxş edir.

d2c8bedb-2815-4f9e-b0ca-2ef7af95d8c0

5b16dfa3-26b7-4d30-8c45-67ebacce96ca

2a490a9f-4053-4415-a41c-86e494887dc2

 İradə İbrahimova isə əlavə etdi ki, yüz hektarlarla ərazini əhatə edın bu gözəllik nümunəsi- laləlik Milli Parkın Qaraqobu və Böyük Ağgöl adlanan turizm marşrutlarının üzərində yerləşir. Sitat: "məlumat üçün qeyd edim ki, Milli Parkın zəngin su-bataqlıq ekosisteminə ayrıca bir rəngarənklik və gözəllik əlavə edən bu laləlik həmişə diqqəti çəkib. Hazırda bu gözəlliyi görmək və bura gəlmək arzusunda olan turistlər və ziyarətçilər Ağgöl Milli Park ərazisindəki bu laləliyə ən azı yaxın bir neçə gündə gəlsinlər. Çünki gözlənilən isti hava şəraiti lalələrin bundan sonrakı həyatını xatirələrə çevirəcək, lalələr solmağa başlayacaq...".

 968a24a1-de77-46c6-a414-bc99810c093a

  Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva jurnalistlərə açıqlamasında daha bir maraqlı faktları söylədi. Sitat: "...Biləsiniz ki, Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində 2010-cu ildən cari dövrədək Şirvan Milli Parkından Ağgöl Milli Parkının ərazisinə 26 baş ceyran fərdi reintroduksiya olunub və aparılan son sayım zamanı parkda 87 baş ceyran qeydə alınıb... Bu iş bundan sonra da davam etdiriləcək...".

 Arzu Babayeva Milli Parkda fauna və flora müxtəlifliyi ilə bağlı aparılan işlərdən də danışdı, jurnalistlərin əlavə suallarını cavablandırdı. Həmçinin qeyd etdi ki, hazırda milli parkda balalama dövrünü yaşayan xeyli sayda ceyran vardır. "Bu isə o deməkdir ki, Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir. Və bu işlər davamlıdır...".

Jurnalistlər isə bu bilgilər başa çatan kimi, canlı ünsiyyətdə olmaq üçün göz oxşayan laləliklə birbaşa təmasa doğru qaçdılar... Həqiqətən də gördüklərimiz bu düzən ərazi üçün bir təbiət möcüzəsi idi. Onu isə qorumaq və gələcəyimizə ötürmək lazımdır. Gördüklərimiz isə onu deməyə əsas verirdi ki, nazirliyin aidiyyəti qurum rəhbərləri, eləcə də Milli Parkın işçiləri bu vacib vəzifənin öhdəsindən layiqincə gəlirlər...

9f7aa00b-fdcc-49e6-a9a8-22eb88a13c0b

Yeri gəlmişkən, ötən gün beynəlxalq tədbirdə iştirak edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev “Associated Press” agentliyinə müsahibəsində daha bir maraqlı, diqqəti çəkən açıqlama söyləmişdir. Nazir deyib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası yoxsul ölkələrə yardımın planlaşdırılması üçün böyük önəm kəsb edir. Sitat: "... Bakı zəngin ölkələrin istiləşməyə daha az töhfə verən, lakin iqlim dəyişikliyindən daha çox əziyyət çəkən yoxsul ölkələrə necə maliyyə yardımı göstərilə biləcəyi ilə bağlı ortaq nöqtələrin tapılacağı yerdir. Bakı konfransı mədən yanacaqlarından imtinaya dair ötənilki uğurlu razılaşmaya əsaslanmalıdır. Bu payız toplantısı ölkələrə 2025-ci ildə istixana qazı emissiyalarını məhdudlaşdırmaq planlarını gücləndirmək üçün birləşməyə kömək etməlidir. Biz Bakıya inkişaf etməkdə olan və inkişaf etmiş dünya arasında körpü kimi baxırıq”.

d9d78728-3219-47c3-b3eb-de5880a3ef86

 Bəli, Azərbaycan nəinki iqlim dəyişikliyinə töhvə vermək üçün lazımi tədbirləri görür, həm də bu vacib məsələdə səy göstərən ölkələr üçün bu payızda yeni proqram qəbuluna bir meydan olacaq- tədbirə ev sahibliyi edəcək!

XXX

...Onu da deyim ki, mediatur iştirakçılığında olan jurnalistlər daha sonra Ağ göllə və Milli Parkın digər əraziləri ilə də yaxından tanış oldular, Bu ziyarətdən xatirə şəkilləri çəkdirdilər...

Asif MƏRZİLİ

Yasəmən MƏMMƏDLİ

(Bakı-Ağgöl Milli Parkı- Bakı)

 5e60b0f3-2bd0-4d78-93ae-c17868c71e50

40d70611-45e8-4089-ae3e-9ccfde850689

 

RƏSMİ ARAYIŞ: Ağ gölün qorunmasının beynəlxalq əhəmiyyəti vardır.  Bu da göldə adları Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahı”sına və Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş quşların məskunlaşması ilə bağlıdır.Ağgöl mühüm su-bataqlıq ərazisi kimi miqrasiya edən quş növlərinin qışlama yeri olub, “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan su-bataqlıq əraziləri haqqında” (Ramsar, İran, 1971) “Ramsar Siyahısı”na daxil edilmişdir. Ağgöl Ağcabədi və Beyləqan rayonlarının inzibati ərazisində yerləşir. Gölün qorunmasında ilk addım 1964-cu ildə 9173 hektar sahədə Ağ göl Dövlət Təbiət Yasaqlığı yaradılarkən atılmışdır. 1978-ci ilin 02 mart tarixində gölün 4400 hektara bərabər olan su ərazisinə ciddi qorunma statusu verilmiş və Ağ göl Dövlət Təbiət Qoruğu yaradılmışdır.

2003-cü ilin 05 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Ağ göl Dövlət Təbiət Qoruğunun sahəsi 17 924 hektara qədər artırılmış və ərazi Milli Park elan edilmişdir. Ağgöl Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların və digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Milli parkın ərazisi yalnız bataqlıqlar deyil, həmçinin tipik çöl və yarımsəhra landşaftlarından ibarətdir. Ağgöl Milli Parkının yaradılmasının əsas məqsədi mühüm su-bataqlıq ərazilərini, həmin əraziyə xas olan yarımsəhra landşaftını, göldə və onun ətrafında məskunlaşmış nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərini qorumaq, ərazi üçün xarakterik olan bəzi fauna növlərini keçmiş ərazilərinə reintroduksiya etmək, eləcə də ətraf mühitin monitorunqini, əhalinin ekoloji cəhətdən maarifləndirilməsini və ekoturizmin inkişafını təmin etməkdir.

Ağgöl Milli Parkı üçün yarımsəhra, şorlaşmış torpaq və göl şəraitinə uyğunlaşmış bitki örtüyü səciyyəvidir. Ərazidə bitki növlərindən əsasən duzlaq çoğanı, qışotu, qamış, şahsevdi, sarıbaş, qaraşoran, yovşan,qırtıc və s. geniş yayılmışdır.Burada suda-quruda yaşayan heyvanlardan yaşıl quru qurbağası, kiçik Asiya qurbağası və göl qurbağasına rast gəlinir. Ərazidə sürünənlərdən Aralıq dənizi tısbağası, Xəzər tısbağası, koramal, zolaqlı kərtənkələ, adi suilanı, qızıl təlxə, xaltalı eyrenis, gürzə və s. növlər yayılmışdır.

Ağgöl Milli Parkında quşlardan mərmər cürə, turac, bəzgək, qara leylək, böyük və kiçik qarabatdaqlar, harayçı və fısıldayan qu quşları, Misir vağı, çobanaldadan, böyük su fərəsi, Sultan toyuğu, ərsindimdik, qıvrım lələk qutan, ağquyruq dəniz qartalı, ağgöz dalğıc, adi qızılqaz, yaşılbaş ördək, qazlar (boz, qaşqa və qırmızıdöş) və s. məskunlaşmışdır. Milli Parkın ərazisində məməli heyvan növlərindən canavar, çaqqal, çöl donuzu, tülkü, dovşan və müxtəlif yarasalara rast gəlinir. Qamışlıqlarda isə heyrətamiz qamış pişiyinin çoxsaylı populyasiyasına təsadüf olunur.

5c867c95-dddc-4f97-900d-3a2e30de3a99

 

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN