booked.net booked.net  

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Dövlət Mükafatına təqdim edilən əsərlər sırasında "Təzadlar" qəzetinin təsisçisi və baş redaktoru Asif Mərzilinin

əfsanəvi kəşfiyyatçı, şəhid Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Orxan Əkbərovun qəhrəmanlıq dolu döyüş yoluna həsr etdiyi "Sonuncu əmr" romanı da var. Çoxsaylı bədii əsərlər sırasından seçilib Dövlət Mükafatları Komissiyasının qiymətləndirilməsinə təqdim edilən əsərin tövsiyyə edilən ictimai müzakirəsi başa də ötən həftədən çatmışdır. Hazırda qiymətləndirmə komissiyasl ekspertlərin rəyini gözləyir.

 Bu arada "Təzadlar" qəzeti redaksiyasın daha bir xoş xəbər daxil oldu. Belə ki, romanın müəllifi, Avropa Mətbuat Federasiyasının üzvü, "Təzadlar" qəzetinin və eyni adlı saytın təsisçisi Asif Mərzili və qəzetin əməkdaşı, romanın korrekturaslnda yaxlndan iştirak etmiş Qarabağ müharibəsi veteranı Elçin Məmmədlu bu ilin iyul ayında Ukraynaya dəvət edilib. Ukraynada yaşayan Azərbaycanlıların Əlaqələndirmə Konqresinin rəhbərliyinin dəvəti ilə baş tutacaq bu səfərdə əsas məqsəd həm də "Sonuncu əmr" romanının motivləri əsaslnda bədii film çəkilməsinin müzakirəsi dayanır. Bəzi səbəblərdən hələki adının ictimailəşdirilməsini istəmədiyimiz mənbə bizimlə söhbətində bildirdi ki, əsərlə yaxından tanışdır: "...Bu roman Qarabağ müharibəsinin həm birinci, həm də ikinci fazasını özündə əks etdirən əsər xalqımızın yaşadığı 30 illik işğal dəhşətlərini, eləcə də Qarabağda qələbəmizlə başa çatan 2020-ci ilin 44 günlük və 2023- cü ilin 44 saatlıq hərbi əməliyyatlarını özündə mükəmməl şəkildə ifadə edən ilk dolğun bədii məhsuldur. Bu əsərin motivləri əsasında bədii filmin çəkilişini zəruri hesab edirik. Ukraynada bu işi yüksək səviyyədə görə bilən rejissorlar vardır, onlardan biri də Nəriman Əliyevdir... Qərara almışıq ki, bu ilin yayında romanın müəllifini Ukraynaya dəvət edərək müzakirələr aparaq, əməkdaşlıq müqaviləsi bağlayaq... İnanıram ki, ortaya yüksək səviyyəli məhsul qoya biləcəyik. Çünki əsərin dili sadə və təsvir edilən hadisələr, döyüş səhnələri filmə gətirilməsi üçün rejissor və aktyorlar üçün əlçatandır...".

 Xatırladaq ki, Ukraynada məşhur olan rejissor N.Əliyev 2013-cü ildə Ekran Sənəti İnstitutunda bakalavr dərəcəsi alıb, 2014-cü ildə isə İ.K.Karpenko-Kary adına KNUTKiT-də televiziya rejissorluğu üzrə mütəxəssis dərəcəsi alıb. Rejissorun "Sübhlə qayıt", "Səni sevirəm", "Sənsiz" və "Ev" kimi məşhur filmləri var. Sonuncu film 72-ci Kann Beynəlxalq Film Festivalında "Bir-birindən Müəyyən Baxış" müsabiqəsinə seçilib. 24 fevral 2022-ci il tarixindən sonra o, könüllü fəaliyyətlərdə fəal iştirak edir və xarici ölkələrin film festivallarında, münsiflər heyətində, film nümayişlərində iştirak edir. N.Əliyev Ukrayna Silahlı Qüvvələrinə dəstək məqsədilə keçirilən hərracda rejissor “Ev” filminin 90 min qrivenə satıb və orduya yardım fonduna keçirib.

E.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA