Nəhayət, İranda növbədənkənar prezident seçkilərində 6 namizəd mübarizə aparmalı oldu...

Tezadlar.az İRNA agentliyinə istinadla bildirir ki, namizədlər bunlardır: İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf, Tehranın meri Əlirza Zəkani, İran Ali Rəhbərinin İran İslam Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, keçmiş ədliyyə və daxili işlər naziri Mustafa Purməhəmmədi, deputat Məsud Pezeşkian və İranın hazırkı vitse-prezidenti Əmir Hüseyn Qazizadə Haşimi. Parlamentin keçmiş spikeri Əli Laricani, keçmiş prezident Mahmud Əhmədinejad, keçmiş vitse-prezident İshaq Cahangiri, yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaşın növbədənkənar seçkilərdə namizədliyi təsdiq edilməyib. 

Bu gün İran Konstitusiyası Keşikçiləri Şurası prezident seçkilərində iştirak edəcək namizədlərin adlarını Daxili İşlər Nazirliyinə göndərərərk onların seçki təbliğatında təhlükəsizliyinə təminat verəcək.  Hansı ki, növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək.

Ölkədə siyasi fəallıq artamaqdadır. Vətəndaşlar seçki hüququndan maksimum istifadə etməyə çalışır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN