booked.netbooked.net booked.net  

TASS agentliyinin verdiyi xəbərə görə, BMT-nin Baş katibi Antonio Qutereş dünya əhalisinin 40 faizini ilin sonuna qədər koronavirusa qarşı peyvənd etdirmək üçün əlavə səkkiz milyard dollara ehtiyac olduğunu bildirib.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə qlobal vaksinasiya strategiyasını təqdim edib.

Antonio Qutyerreşin sözlərinə görə, ÜST-ün hazırladığı plana əsasən 2021-ci ilin sonuna qədər dünya əhalisinin 40 faizini, 2022-ci ilin ortalarına qədər isə 70 faizini vaksinasiyadan keçirmək nəzərdə tutulur.

“Bu planın müvəffəqiyyəti dünyda peyvəndlərin ədalətli paylanmasından asılıdır. Əlaqələndirilmiş və ədalətli bir yanaşma olmasa, ölkələrdə xəstəliyə yoluxanların sayının azalması davamlı proses olmayacaq. Hamının xeyri üçün vaksinasiyanın bütün ölkələri əhatə etməsinə çalışmalıyıq”, - deyə Antonio Qutereş vurğulayıb.

İndi BMT bu pulu haradan alacaq? Gözəl,xeyirxah təçəbbüs elə çağırış kimi qalacaq? Koronavirus isə dünyada tuğyan edir, azalmır ki, azalmır. Vaksin istehsalını artırmaq lazımdır, pul da yoxdur.  Daha doğrusu, pul var,verən yoxdu.  Əlimizdən başqa şey gəlməsə də, cənab Qutereşə bəzi ünvanlar, adlar göstərək ki, o adamlara müraciət eləsin.O adamlar ki, pullarının sayı hesabı yoxdu, milyardlarla oynayırlar. Çox yox, cəmi üç nəfər bu pulu “sobrazim” edib verə bilər. Bir də ki, mətbuatda tez-tez bu adamların birbaşa koronavirusla, vaksinlə  əlaqəsindən yazırlar. Dünyanı necə bəlaya salıblarsa, zəhmət çəkib indi də onu bu bəladan xilas etsinlər. Beləliklə, çox hörmətli Qutereş müəllim, bu adları sizə təqdim edirik:

 İlon müəllim Mask- 151 milyard pulu var. Allah özünə qismət eləsin. 49 yaşı var, Trampın prezident  seçilməsinə milyonlarla dollar xərcləmişdi, nəticədə onun dövründə ən çox varlanan milyarder oldu və var-dövləti 14 dəfə artdı. 3 milyard Mask versin, qalır 5 milyard. Onun da 3 milyardını 65 yaşlı Billi müəllim Qeyts versin. 124 milyard dollar pulu var. Adı virusun yaradılmasına vasitəçilk etməkdə hallanır. İndi adını təmizə çıxarsın, bir 3 milyard versin ki, camaat ağzına gələni danışmasın.

Yerdə qalır 2 milyard. Onu da 36 yaşlı Mark Sukerberq versin. O Mark ki, arvadı Prissilli Çanla söz verib ki, ömürlərinin axırına kimi xeyriyyə işləri ilə məşğul olacaqlar. 2020-ci ildə seçki kompaniyasına 400 milyon pul xərcləyiblər. Düzdür, COVİD-19 əleyhinə vaksin üçün 100 milyon dollar da veriblər və çox güman ki, 2 milyard dollar da canla-başla BMT-yə verəcəklər.

 Şakir QURBANOV

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN