booked.netbooked.net booked.net  

“RİA Novosti” agentliyinin verdiyi xəbərə görə, Amerikanın 79 yaşlı prezidenti Baydenin qeyri-adi “sərgüzəştləri” davam edir.

Bu dəfə isə o, kişi ilə qadını səhv salıb və qadına kişi kimi müraciət edib. Əhvalat İllinoys ştatında baş verib. Belə ki, o, çıxışı zamanı Çikaqonun meri xanım Lori Laytfutu “ mister“ deyə çağırıb. İnternet istifadəçiləri prezidentin bu səhvini dərhal qeydə alıb sosial şəbəkələrdə yayıblar.Bu video az bir zamanda Tvitterdə çox böyük bir populyarlıq qazanıb.

"Bir dəqiqə! Bayden Lori Laytfuta “mister mer” dedi? Yoxsa, mən nəyisə səhv salıram?”. Publikasiyanın müəllifi videonu məhz bu cür başlıqla yayıb.

İzləyicilər isə Ağ Ev rəhbərinin daha bir səhv nitqini tapıblar. Belə ki, Bayden İllinoys ştatının senat sədri Don Xarmona sualında çaşıb qalıb, başa düşülməyən sözlər işlədib:

"Oqayo Pensilvaniya də, Oqayo Pensilvaniya, mən  pensilvaniyadanam, İllinoysun prezidentiyəm”- deyə rabitəsz ifadələr  işlədib.

Daha sonra isə o, televizorla telefonu səhv salıb. Belə ki, o,xəstəxananın işçisi ilə söhbətini tamaşaçılara nəql edərkən deyib:

"Dünən axşam mən televizorda idim və xəstəxanaın təcili yardım şöbəsinin işçisi ilə telefonla danışdım”.

Sosial şəbəkə istifadəçiləri Baydenin bir çıxışında bu qədər səhvə yol verməsinə çox təəccübləniblər.


Burada təəccüblənəcək heç bir şey yoxdur. Qadına kişi kimi müraciət etməsi də simvolik ola bilər. Ya da ki, eynəksiz olub, qadını kişi sifətində görüb. Bunların hamısı xırda şeylərdi. Bütün bu “ÇP” isə ona görə baş verir ki, prezident çox yorulur. Gecə-gündüz Amerikanın,dünyanın dərdini çəkmək, bir əlində də hazır vəziyyətdə “ atom” çamadanını daşımaq asan şeydi,bəyəm?Prezidentin uzun müddət istirahətə ehtiyacı var. Biz də öz tərəfimizdən gecə-gündüz Baydenə dua edirik və ona bol-bol istirahət arzulayır və  2024-cü ildə onu yenidən prezident kimi görmək istəyirik.

Şakir QURBANOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN