booked.netbooked.net booked.net  

"Gürcüstanın NATO istiqamətində irəliləməsinə kömək etmək üçün, əsas diqqət hələ də islahatlara yönəlib".

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Avropa Parlamentinin deputatları ilə görüş zamanı bildirib. Sitat: “NATO üzvlüyünə can atan üç ölkə var. Bunlar Ukrayna, Gürcüstan və Bosniya-Herseqovinadır. Gürcüstan və Ukrayna iki fərqli ölkədir. Hazırda əsas diqqət üzvlüyə deyil, Ukraynaya, bu ölkəyə müstəqil, suveren dövlət kimi mövcud olması üçün dəstək verilməsinə yönəlib. Gürcüstan üçün isə əsas diqqət ölkənin NATO üzvlüyünə doğru irəliləməsinə kömək edəcək islahatlara yönəlib. Bildiyiniz kimi, yeni üzvlüklə bağlı istənilən qərar alyansın üzvləri tərəfindən yekdil dəstək tələb edir. NATO-da üzvlüklə bağlı fəaliyyət planımız var. Diqqəti islahatlara doğru yönəldin və ümid edirəm ki, bir gün biz bir addım daha da irəli gedə biləcəyik".

Rusiyanın Ukraynadakı təcavüzkar müharibəsi təbii ki, bir çox ölkələri Rusiyadan can qurtarmağa sövq etməkdədir, bunun əsas yolu isə NATO üzvülüyü və Avropaya inteqrasiyadır.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN