booked.netbooked.net booked.net  

Aİ-nin bütün ölkələri “Böyük Yeddilik” ölkələrinin təşəbbüsünə qoşulacaqmı?..

Almaniyanın maliyyə naziri Kristian Lindner Avropa Ittifaqının bütün ölkələrini Rusiya neftinin qiymətinin yuxarı həddinin tətbiqi ilə bağlı “Böyük Yeddilik” (G7) ölkələrinin təşəbbüsünü dəstəkləməyə çağırıb.

Onun sözlərinə görə, bu tədbiri nə qədər çox ölkə həyata keçirsə, daha effektli olar.

“Məqsədimiz Rusiya üçün yüksək gəlirləri azaltmaq və bizim üçün [sabit] qiymət səviyyəsini təmin etməkdir”, - o, deyib.

Xatırladaq  ki, “Böyük Yeddilik” (G7) ölkələrinin siyahısına - Almaniya, Amerika Birləşmiş Ştatları, İngiltərə, Fransa, İtaliya, Yaponiya və Kanada daxildir.

Qeyd edək ki, dünyanın ən sənayeləşmiş ölkələrinin liderlərinin görüşlərinin keçirilməsi ideyası 1970-ci illərin əvvəllərində iqtisadi böhran və ABŞ, Qərbi Avropa və Yaponiya arasında iqtisadi və maliyyə məsələləri üzrə münasibətlərin kəskinləşməsi ilə əlaqədar yaranıb.

  1975-ci il noyabrın 15-17-də Rambuye sarayında Fransa prezidentinin səlahiyyətlərini icra edən Valeri Jiskar d'Estennin təşəbbüsü ilə altı ölkənin dövlət və hökumət başçıları ( belə görüşlər maliyyə nazirləri səviyyəsində 70-ci illərin əvvəllərindən keçirilib) bir araya gəliblər: Fransa, ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya və Yaponiya. G6 görüşündə iqtisadi məsələlər üzrə Birgə Bəyannamə qəbul edilir və bu bəyannamə ticarət zonasında təcavüzdən istifadə etməməyə və yeni ayrı-seçkilik maneələrinin yaradılmasından imtina etməyə çağırırdı.

Bu görüşlər müntəzəm olaraq hər il keçirilir.

Daha sonra, 1976-cı ildə “altılıq” Kanadanı da üzvlüyə qəbul edərək “yeddiliyə” çevrildi.

İllər sonrası - 1991-2002-ci illərdə Rusiyanın iştirakı ilə tədricən (“7+1” sxeminə görə) “səkkizliyə” çevrildi (1991-ci ilin dekabrına qədər Rusiya keçmiş SSRİ kimi təmsil olunub).

Böyük Britaniyanın paytaxtı London G7 formatının estafetini ilk olaraq öz üzərinə götürür. 17 iyul 1991-ci ildə danışıqlarda SSRİ-nin o zamankı ilk və son prezidenti M.Qorbaçov da iştirak etmişdir. 1995-ci ildən isə Rusiya Federasiyası iştirak edirdi.

2014-cü ildən yenidən G7 formatında fəaliyyət göstərir. Krımın Rusiya Federasiyasına birləşdirilməsindən sonra Qərb ölkələri G8-in işində iştirakdan imtina edərək, G7 formatında görüşlər keçirməyə başladılar və beləliklə, Rusiyanı uzaqlaşdırdılar.

2020-ci ilin iyununda ABŞ-ın o zamankı prezidenti Donald Tramp Rusiyanı G8-ə qaytarmaq təklifi ilə çıxış edib. Lakin qrupun digər üzv ölkələri bu təklifi dəstəkləməyiblər.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN