booked.netbooked.net booked.net  

"Mişanı heç vaxt belə vəziyyətdə görməmişdim, ayağını ata bilmir".

Tezadlar.az Ukrayna mediasına istinadla bildirir ki, bu barədə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin anası  "Vivamed" klinikasında ona baş çəkdikdən sonra bildirib. Sabiq prezidentin anasının sözlərinə görə, Saakaşvilinin özü amerikalı mütəxəssisin klinikaya gələrək onu müayinə etməsini istəyib. "Dünən onu ziyarət etmək mənim üçün xüsusən ağır idi. Onu heç vaxt belə vəziyyətdə görməmişdim. Ayağını ata bilmir, yemək yeyə bilmir. Onun özü yanına birdəfəlik həkimin buraxılmasını xahiş edib ki, bu da qanunun verdiyi hüquqdur. Klinikanın direktoru mənə dedi ki, hər şeyi edəcək [Amerikalı həkimə onu müayinə etməsini təmin etmək üçün] və biz bir gün ərzində bunun nəticəsini görməliyik. Əgər bu tələb yerinə yetirilməzsə, ona əməl etməyənlər də qanunla cəzalandırılacaqlar", - deyə Qiuli Alasania vurğulayıb.

Gürcüstan hakimiyyəti isə hələki ananın göz yaşlarına inanmır...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN